Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/“Türkiyə-Azərbaycan ticarət nümayəndə heyəti və “B2B” görüşləri” tədbiri keçirilib
CƏMİYYƏT

“Türkiyə-Azərbaycan ticarət nümayəndə heyəti və “B2B” görüşləri” tədbiri keçirilib

25 Fevral 2026 2 Min Read
PAYLAŞIN:

Bakıda Türkiyənin Ticarət Nazirliyinin koordinasiyası, Türkiyə İxracatçılar Assambleyasının (TİM) təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun tərəfdaşlığı ilə “Türkiyə-Azərbaycan ticarət nümayəndə heyəti və “B2B” görüşləri” tədbiri keçirilib. 

Tədbirin məqsədi iş adamları arasında birbaşa əlaqələrin qurulmasına, yeni tərəfdaşlıqların formalaşdırılmasına dəstək olmaq, qarşılıqlı ticarət dövriyyəsinin artırılmasını təşviq etməkdir. 

Tədbirdə çıxış edən TİM-in prezidenti Mustafa Gültepe, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, AZPROMO-nun icraçı direktorunun müşaviri Şəbnəm Allahverdiyeva və Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün Azərbaycan ilə Türkiyə arasında “Bir millət, iki dövlət” prinsipi əsasında formalaşmış strateji əməkdaşlığın iqtisadi sahədə daha da genişlənməsi üçün imkanlar və mövcud iqtisadi-ticarət əlaqələri barədə fikirlərini bölüşüblər. Qeyd olunub ki, biznes subyektləri arasında qurulacaq hər bir yeni əlaqə, eləcə də mövcud əməkdaşlıqların inkişafı uzunmüddətli və dayanıqlı iqtisadi-ticarət münasibətləri üçün möhkəm zəmin yaradır.

Tədbir çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər də keçirilib. “B2B” görüşlərdə müxtəlif sektorları təmsil edən şirkətlər tərəfindən məhsul və xidmətlər üzrə təqdimatlar keçirilib, potensial tərəfdaşlıq imkanları müzakirə olunub. 

Türkiyə nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində həmçinin, yerli şirkət və qurumlara səfərlər, eləcə də bazar araşdırması tədbirləri nəzərdə tutulur. Bu tədbirlərin məqsədi Azərbaycan bazarının imkanlarını yerində qiymətləndirmək və konkret əməkdaşlıq mexanizmlərini müəyyənləşdirməkdir.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Türkiyə bazarına çıxmaq istəyirik” – Fəxriyyə Xələfova: Marketinq olmadan ixrac mümkün deyil

Next

Deputat Günay Ağamalının köməkçisi Pərviz Mirizadə işdən könüllü ayrılıb – Döyülmə iddiaları təkzib edildi

Copyright 2026— Praqraf.com. All rights reserved