21 Okt 2026, Ç

Həndbol üzrə Azərbaycan çempionatında VII turun oyunları keçirilib

PAYLAŞIN:

Həndbol üzrə Azərbaycan çempionatlarında VII tura yekun vurulub.

Paraqraf.com-un məlumatına görə, qadınların mübarizəsində “Qarabağ” komandası “İdman Akademiyası” kollektivi ilə heç-heçə edib – 27:27.

“Təhsil” “Bakı”ya (32:20), “Kür” “Azəryol”a (24:21) qalib gəlib.

Kişilərin yarışında “Qarabağ” “Bakı”ya uduzub – 21:28. “Təhsil” isə “Azəryol”la dueldən məğlub ayrılıb – 23:25.

Paraqraf.com

Loading