Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/Fransalı hokkeyçi dava etdiyinə görə olimpiadadan kənarlaşdırılıb
İDMAN

Fransalı hokkeyçi dava etdiyinə görə olimpiadadan kənarlaşdırılıb

17 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Fransalı hokkeyçi Pyer Krinon Kanada ilə matçda rəqib komandanın üzvü Tom Uilsonla dava etdiyinə görə XXV Qış Olimpiya Oyunlarından kənarlaşdırılıb.

Paraqraf.com Fransa Hokkey Federasiyasına istinadən xəbər verir ki, idmançının hərəkətləri olimpiya ruhuna zidd və hokkey dəyərlərinə zərər vuran amil kimi qiymətləndirilib.

Qurumun bəyanatında Fransa yığmasının formasını geyinən hər bir oyunçunun nümunəvi davranış nümayiş etdirməli olduğu vurğulanıb. Milli Olimpiya Komitəsi və İdman Komitəsi ilə razılaşdırılan qərara əsasən, Krinon komandanın qalan oyunlarında iştirak etməyəcək.

Hadisə fevralın 15-də Kanada və Fransa (10:2) yığmaları arasındakı matçın üçüncü dövrəsində baş verib. Krinon rəqibi Tom Uilsonu yerə yıxdıqdan sonra da ona zərbələr endirməyə davam edib. Hər iki hokkeyçi böyük cərimə alaraq oyundan qovulub. Krinon meydanı tərk edərkən Kanada yığmasının ehtiyat oyunçular skamyasında əyləşən hokkeyçilərə qarşı təxribatçı hərəkətlərini davam etdirib.

Qeyd edək ki, XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Həndbol üzrə Azərbaycan çempionatında VII turun oyunları keçirilib

Next

Azərbaycan çempionatında mövsümün antirekordu qeydə alınıb

Copyright 2026— Praqraf.com. All rights reserved