Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Qanunvericiliyə kibercinayətkarlıqla bağlı yeni terminlərin əlavə edilməsi təklifi I oxunuşda qəbul edilib
MANŞET

Qanunvericiliyə kibercinayətkarlıqla bağlı yeni terminlərin əlavə edilməsi təklifi I oxunuşda qəbul edilib

10 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Milli Məclis Cinayət və Cinayət-Prosessual məcəllələrinə Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyasının ratifikasiyası ilə əlaqədar təklif edilən dəyişiklikləri ilk oxunuşda qəbul edib.

Paraqraf.com xəbər verir ki, dəyişiklik layihələri parlamentin bugünkü plenar iclasında müzakirə olunub.

Məlumat verilib ki, hazırkı qanun layihəsinin əsas məqsədi kibercinayətkarlığa qarşı mübarizə sahəsində yeni çağırışlara cavab vermək, qanunvericilikdə mövcud olan boşluqları aradan qaldırmaq, eləcə də müvafiq sahədə beynəlxalq müqavilələrin tələblərini daxili hüquq sisteminə tam inteqrasiya etməkdir.

Konvensiyanın tələblərinə müvafiq olaraq, qanunvericilikdəki “kompüter sistemi” ifadəsi “İKT sistemi”, “kompüter məlumatları” ise “elektron verilənlər” terminləri ilə əvəz edilir. Bu, smartfonlardan tutmuş bulud infrastrukturuna qədər bütün müasir vasitələrin hüquqi tənzimləmə dairəsinə daxil edilməsini təmin edir. Eyni zamanda, qanunvericiliyə “trafik verilənləri”, “abunəçi məlumatları”, “məzmun verilənləri” və “xidmət provayderi” kimi yeni hüquqi anlayışlar daxil edilir.

Qeyd olunub ki, Cinayət-Prosessual Məcəlləsinə (CPM) edilən əlavələr elektron sübutların toplanması prosesini tam hüquqi çərçivəyə salır. Buraya elektron verilənlərin əldə edilməsi, mühafizəsi və prosessual rəsmiləşdirilməsi qaydalarının müəyyən edilməsi, İKT sistemlərinə baxış, axtarış və götürmə tədbirlərinin hüquqi əsaslarının və hədlərinin dəqiqləşdirilməsi aiddir. Bu dəyişikliklər elektron sübutların etibarlılığını, yolverilənliyini və məhkəmədə qiymətləndirilməsinin şəffaflığını artırmağa xidmət edəcək.

Bundan başqa, CPM-ə “Məhkəməyədək icraatın elektron qaydada aparılması” və “Məhkəmə icraatının elektron qaydada aparılması” kimi yeni maddələr daxil edilərək həmin məsələlərin ətraflı tənzimlənməsi nəzərdə tutulur. Hazırda mövcud olan “Cinayət mühakimə icraatının elektron qaydada aparılması” adlı maddənin isə mətni genişləndirilərək yeni versiyada təqdim olunmuşdur. Həmçinin, məhkəmə və prokurorluq arasında sənəd dövriyyəsinin “Elektron məhkəmə” və “Elektron prokurorluq” sistemləri vasitəsilə, gücləndirilmiş elektron imza ilə həyata keçirilməsi mexanizmi təsbit olunur.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Parlament Azərbaycanda asbestin qadağan olunmasını son oxunuşda qəbul edib

Next

Xarici prodüserlərin Azərbaycanda film istehsalına cəlbi məsələsi I oxunuşda qəbul edilib

Copyright 2026— Praqraf.com. All rights reserved