Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Parlament Azərbaycanda asbestin qadağan olunmasını son oxunuşda qəbul edib
CƏMİYYƏT

Parlament Azərbaycanda asbestin qadağan olunmasını son oxunuşda qəbul edib

10 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Milli Məclis asbest və tərkibində asbest olan materialların mülki dövriyyədən çıxarılmasını son oxunuşda qəbul edib.

Paraqraf.com xəbər verir ki, bununla bağlı “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanuna dəyişikliklər parlamentin bugünkü iclasında müzakirə edilib.

Dəyişiklik layihəsinə əsasən, beynəlxalq təcrübə nəzərə alınmaqla, asbest və tərkibində asbest olan materiallar mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına daxil edilir.

Qanunun 2027-ci il iyulun 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

Xatırladaq ki, asbest uzun illər ərzində sənayenin bir çox sahələrində (sement, kimya, izolyasiya, kağız sənayesi və sair) və tikintidə geniş istifadə olunan mineral tərkibli materialdır.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycana 2023-cü ildə 591 ton asbest və 30 min 238 ton tərkibində asbest olan təbəqələr, 2024-cü ildə isə 1 045 ton asbest və 27 min 634 ton tərkibində asbest olan təbəqələr idxal edilib.

Asbest tərkibli dam örtükləri (şifer) ölkədə ümumi dam örtüyü fondunun 29 faizini təşkil edir və təxminən 190 milyon m² sahəni əhatə edir. Ölkədə şifer istehlakı 2,6 milyon m² və ya 1,5 milyon list təşkil edir. Hazırda ölkənin dam örtüyü bazarının 15-20 faizi şiferin payına düşür.

Elmi araşdırmalar onun insan sağlamlığı üçün ciddi təhlükə yaratdığını sübut etdikdən sonra bir sıra ölkələrdə asbest və asbest tərkibli məhsulların istifadəsi qadağan edilib.

Asbest liflərinin havaya qarışaraq nəfəs yollarına daxil olması müxtəlif xəstəliklərin, o cümlədən ağciyər xəstəliklərinin yaranma riskini artırır. Bu səbəbdən asbestin istifadəsinin məhdudlaşdırılması və tamamilə qadağan edilməsi ictimai sağlamlığın qorunması baxımından mühüm addım hesab olunur.

Sənəd müzakirələrdən sonra üçüncü oxunuşda qəbul edilib.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

MM sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil haqqının dövlət hesabına qarşılanmasını qəbul edib

Next

Qanunvericiliyə kibercinayətkarlıqla bağlı yeni terminlərin əlavə edilməsi təklifi I oxunuşda qəbul edilib

Copyright 2026— Praqraf.com. All rights reserved