Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/İranın müdafiə naziri Bakıda ABŞ və İsrail yetkililəri ilə görüşüb?
SİYASƏT

İranın müdafiə naziri Bakıda ABŞ və İsrail yetkililəri ilə görüşüb?

09 Fevral 2026 2 Min Read
PAYLAŞIN:

Bakı yenidən səssiz diplomatiyanın mərkəzinə çevrilir?

İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri briqada generalı Əziz Nəsirzadənin Bakıya səfəri regionda artan gərginlik fonunda diqqətlə izlənir.

Paraqraf.com xəbər verir ki, səfər rəsmi açıqlamalarda Azərbaycan–İran hərbi əməkdaşlığı, regional təhlükəsizlik və sabitlik məsələləri ilə izah olunsa da, diplomatik və siyasi dairələrdə bu gəlişin daha geniş kontekstdə qiymətləndirildiyi müşahidə olunur.

Rəsmi görüşlər çərçivəsində İranın müdafiə naziri Azərbaycan Prezidenti tərəfindən qəbul edilib, müdafiə naziri Zakir Həsənovla danışıqlar aparıb. Lakin səfərin vaxtlaması – Yaxın Şərqdə İran, ABŞ və İsrail arasında müharibə ritorikasının yenidən kəskinləşdiyi bir dövrə təsadüf etməsi – Bakının mümkün pərdəarxası diplomatik rolunu gündəmə gətirib.

1770364805.2426.jpg (35 KB)

Məlumdur ki, Azərbaycan dövləti ötən il rəsmi səviyyədə açıqlamışdı ki, Bakı daha əvvəl Türkiyə–İsrail xətti üzrə mətbuata çıxarılmayan, qapalı görüş və danışıqlara ev sahibliyi edib. Həmin açıqlama ilə faktiki olaraq təsdiqlənmişdi ki, Azərbaycan müəyyən hallarda regional və beynəlxalq gərginliklərin azaldılması məqsədilə səssiz diplomatiya platforması kimi çıxış edir.

Bu presedent Bakının təkcə açıq diplomatiya deyil, həm də vasitəçi və mesaj ötürücü kanal kimi fəaliyyət göstərdiyini göstərən nadir rəsmi etiraflardan biri kimi qiymətləndirilmişdi. Dövlətin mövqeyinə görə, bu tip proseslər açıqlanmadığı halda, mediaya heç bir məlumat sızmır və ictimaiyyət onlardan xəbər tutmur.

Məhz bu kontekstdə İranın müdafiə nazirinin Bakıya səfəri yeni suallar doğurur. Ekspert dairələrində hesab olunur ki, Azərbaycan İranla normal və işlək münasibətlərə malik olmaqla yanaşı, ABŞ və Qərb strukturları ilə dialoqunu qoruyur, eyni zamanda İsraillə strateji əməkdaşlıq xəttini davam etdirir. Bu nadir balans Bakını dolayı danışıqlar üçün etibarlı platformaya çevirir.

1770364292_1770364073.1770363991.jpg (142 KB)

Bəzi siyasi müşahidəçilərin fikrincə, hazırkı mərhələdə Bakı birbaşa ABŞ–İran və ya İran–İsrail görüşlərinin keçirildiyi məkan olmasa belə, tərəflər arasında mesajların ötürülməsi, mövqelərin dəqiqləşdirilməsi və müharibə riskinin azaldılması istiqamətində dolayı rol oynaya bilər. Bu yanaşma Türkiyənin daha əvvəl İsrail–Türkiyə, eləcə də Suriya–İsrail xəttində həyata keçirdiyi vasitəçilik modelinə bənzər bir mexanizm kimi qiymətləndirilir.

Azərbaycanın regionda sabitlikdə maraqlı olduğu və müharibə ssenarilərinin qarşısının alınmasına töhfə vermək istədiyi dəfələrlə rəsmi səviyyədə vurğulanıb. Bu baxımdan İranın müdafiə nazirinin Bakıya səfəri rəsmi gündəmdən kənarda daha geniş diplomatik ehtimallarla oxunur.

Beləliklə, səfər açıq şəkildə ikitərəfli münasibətlər çərçivəsində təqdim edilsə də, Azərbaycanın daha əvvəl açıqladığı gizli diplomatik presedentlər fonunda Bakının İran–ABŞ və İran–İsrail xəttində gərginliyin azaldılmasına yönəlik səssiz proseslərdə iştirak etməsi ehtimalı istisna edilmir.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Şok rəqəm: Bu ölkə əhalisinin əlindəki qızıl mərkəzi banklarını kölgədə qoydu

Next

Tanış olduğu qızı “qorumaq” üçün nişanlı görüntüsünü yaratdı: Sonra özü şantaj etdi

Copyright 2026— Praqraf.com. All rights reserved