Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Pekin Trampı Çinə səfərini ləğv etməklə hədələdi
SİYASƏT

Pekin Trampı Çinə səfərini ləğv etməklə hədələdi

07 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Çin Vaşinqtonun Tayvana yeni silah partiyasının satışını davam etdirəcəyi təqdirdə ABŞ Prezidenti Donald Trampın aprel ayında Pekinə planlaşdırılan səfərini ləğv edə bilər.

Paraqraf.com Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “Financial Times” nəşri mənbələrə istinadən məlumat verib.

Mənbələrin məlumatına görə, bəzi ABŞ rəsmiləri hesab edirlər ki, Çin blef edir və Trampın səfəri ləğv olunmayacaq.

Eyni zamanda, bəzi ekspertlərin fikrincə, Tramp Çindən qayıdana qədər Tayvana silah satışını təxirə salacaq.

“Financial Times” yazıb ki, Tramp administrasiyası dekabr ayında açıqlanan rekord 11.1 milyard dollarlıq silah paketinə əlavə olaraq, Tayvanın satın alması üçün dörd sistemdən ibarət paket hazırlayır. Tayvan “Patriot” raketlərindən əlavə, ABŞ-dən “NASAMs” zenit-raket kompleksi, qabaqcıl “yer-hava” sinifli raketi və iki digər silah sistemini ala bilər. Bir neçə məlumatlı mənbə nəşrə bildirib ki, müqavilənin dəyəri 20 milyard dollara çata bilər.

Qeyd edək ki, Çin Sədri Si Cinpin fevralın 4-də Trampla telefon danışığı zamanı Tayvana silah satışı məsələsini qaldırıb.

Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, Si Cinpin vurğulayıb ki, ABŞ Tayvana silah satışı məsələsinə ehtiyatla yanaşmalıdır.

Xatırladaq ki, dekabrın əvvəlində Tramp administrasiyası Tayvana 11 milyard dollar dəyərində silah satışını elan edib. Paketə “HIMARS” yaylım atəşli reaktiv qurğular, haubitsalar, tank əleyhinə raketlər və hücum PUA-ları (Pilotsuz Uçuş Aparatları – dron) daxildir.

Buna cavab olaraq, Çin hakimiyyəti ABŞ-nin müdafiə sahəsi ilə bağlı 20 şirkətinə qarşı məhdudlaşdırıcı tədbirlər elan edib.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycanda elektrik enerjisinə tələbatın artım göstəriciləri açıqlanıb

Next

Azərbaycanda kimlər silah saxlaya bilər?

Copyright 2026— Praqraf.com. All rights reserved