22 Sen 2026, Ça

Azərbaycanın MMA döyüşçüsü UFC-dəki növbəti görüşündə məğlub olub

PAYLAŞIN:

Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev Mütləq Döyüş Çempionatındakı (UFC) növbəti görüşündə məğlub olub.

Paraqraf.com-un məlumatına görə, 32 yaşlı idmançı Avstraliyanın Sidney şəhərində keçirilən UFC 325 turnirində braziliyalı Maurisio Ruffi ilə üz-üzə gəlib.

Cənubi amerikalı döyüşçü ikinci raundda nokautla qələbə qazanıb.

Qeyd edək ki, UFC-də 13 qalibiyyəti olan Fiziyev beşinci məğlubiyyətini alıb.

Paraqraf.com 

Loading