22 Sen 2026, Ça

“Çelsi”dən ayrılan mütəxəssis sabiq klubuna qayıda bilər

PAYLAŞIN:

İngiltərənin “Çelsi” komandasının sabiq baş məşqçisi Entso Mareska “Lester” klubuna qayıda bilər.

Paraqraf.com “Mirror” nəşrinə istinadən xəbər verir ki, “tülkülər” 45 yaşlı mütəxəssislə danışıqlara start verib.

İtaliyalı baş məşqçi 2023-cü ildən 2024-cü ilədək “Lester”də işdəyib. Komanda onun rəhbərliyi altında Çempionşipdə birinci yeri tutub və Premyer Liqaya vəsiqə qazanıb. “Lester” hazırda Çempionşipdə 16-cı sıradadır.

Xatırladaq ki, “Çelsi” yanvarın 1-də Mareska ilə yollarını ayırıb.

Paraqraf.com 

Loading