Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/HADİSƏ/Xalq artistinin döyülən oğlunun vəziyyəti açıqladı – YENİLƏNİB
HADİSƏ

Xalq artistinin döyülən oğlunun vəziyyəti açıqladı – YENİLƏNİB

31 Yanvar 2026 2 Min Read
PAYLAŞIN:

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın 1981-ci il təvəllüdlü oğulları Artur Balıyev Bakıda bir qrup şəxsin hücumuna məruz qalıb.

Paraqraf.com xəbər verir ki, bu barədə “Qafqazinfo”ya A.Balıyev özü məlumat verib.

O bildirib ki, hadisə dünən axşam saatlarında Binəqədi rayonu, 8-ci mikrorayon, Əcəmi Naxçıvani küçəsində baş verib:

“Axşam vaxtı tanımadığım nömrədən mənə zəng gəldi. Anamın maşınının nömrəsini deyərək, bizə məxsus olub-olmadığını soruşdu. Mən həmin yerə getdim. 90-EB-444 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin sürücüsü 2-3 gün əvvəl anama məxsus “BMW” markalı maşının onun avtomobilini sürtdüyünü dedi.

Onlar 4 nəfər idi. Mən sürtünmə yerlərinə baxıb bildirdim ki, həmin hissələr bir-birinə uyğun gəlmir, çünki “Toyota”dakı cızıq xeyli yuxarıda idi, həm də anamın avtomobili 4 gündür heç sürülmürdü. Onlar isə təkidlə və kobud formada hadisənin bizim tərəfimizdən törədildiyini deyirdilər”.

A. Balıyev qeyd edib ki, digər avtomobildəki yüngül zədənin onlara məxsus avtomobil tərəfindən törədilməməsini sübut edəndən sonra qarşı tərəf aqressivləşib və ona hücum ediblər:

“Onlar söyüşlə danışmağa başladılar və mənə hücum edib zərbələr endirdilər. Başımda, üzümdə, bədənimdə çoxlu xəsarətlər var, xəstəxanaya yerləşdirilmişəm. Həm də hadisə barədə polisə məlumat vermişəm. Ərazi üzrə Binəqədi Rayonu Polis İdarəsinin 5-ci Polis Şöbəsində araşdırma aparılır”.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, baş verən insidentlə bağlı ərazi Polis Şöbəsində zərərçəkən A.Balıyevin izahatı alınıb.

Aralarında yaranan mübahisə zamanı ona xəsarət yetirməkdə şübhəli bilinən T.Zeynalov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma davam etdirilir.

Kliniki Tibbi Mərkəzdən sorğumuza cavab olaraq bildirilib ki, 30.01.2026-cı il tarixində 1981-ci il təvəllüdlü şəxs (kişi) müxtəlif bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bildirilib ki, pasiyentə qasıq sümüyünün və orbit sümüyünün sınığı diaqnozları təyin edilib, zəruri tibbi xidmətlər göstərilib. Onun vəziyyəti qənaətbəxş qiymətləndirilir, Neyrocərrahiyyə şöbəsində müalicəsi davam etdirilir.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

SEPAH bu iddiaları təkzib etdi

Next

Azərbaycan asfalt istehsalını 30 %-dən çox artırıb

Copyright 2026— Praqraf.com. All rights reserved