Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Azərbaycan suveren investorlar arasında effektivliyi ilə seçilir – Məşhur nəşrdən ÖNƏMLİ YAZI
İQTİSADİYYAT

Azərbaycan suveren investorlar arasında effektivliyi ilə seçilir – Məşhur nəşrdən ÖNƏMLİ YAZI

30 Yanvar 2026 2 Min Read
PAYLAŞIN:

Britaniyanın “Financial Times” nəşri ölkənin ixrac statistikası ilə bağlı məlumatları araşdıraraq, Azərbaycanın Çindən sonra ən böyük qızıl alıcılarından biri olduğuna diqqət çəkib.

Bu barədə “Report” “Financial Times”da (FT) dərc edilən məqaləyə istinadən xəbər verir.

FT-nin qeyd etdiyi kimi, qlobal “qızıl nəhəngləri”nin qeyri-rəsmi reytinqində ikinci yeri daha az nəzərəçarpan iştirakçı – Azərbaycan tutub.

30k5G45HydrUI64UV2cfdU1creuQDUY0Pzc7hP8m_850.jpg (37 KB)

Nəşr bildirir ki, aktivləri təxminən 70 milyard ABŞ dolları məbləğində qiymətləndirilən Azərbaycan Dövlət Neft Fondu (ARDNF) son illərdə qızıla investisiya qoyuluşunu fəal şəkildə artıraraq genişmiqyaslı diversifikasiya həyata keçirir. Eyni zamanda, fond xaricdə daşınmaz əmlak obyektlərinə, xüsusilə Londonda “78 St James’s Street”, Parisdə “8 Place Vendôme” və Moskvada “Gallery Actor” kimi aktivlərə investisiya qoymağa davam edir.

“Financial Times” əsas diqqəti məhz qızıla yönəldir. ARDNF-nin aktivlərinin strukturunda bu qiymətli metalın payı 2024-cü ilin sonuna olan 20,6 %-dən 2025-ci ilin sonuna 38,2 %-ə qədər artıb. Bu artım təkcə dünya bazarlarında qızılın kəskin bahalaşması ilə izah edilmir. 2024-cü ilin sonunda fond 146,6 ton qızıl ehtiyatına malik idisə, 2025-ci ilin sonuna bu göstərici 200 tona çatıb.

bx5OU0W8p7jb6OBlOl4GLAxwX0Y8q4cap5E2jvIk_850.jpg (24 KB)

 

“ARDNF uzun illər ərzində aktivlər və idarəedici şirkətlər haqqında məlumatların açıqlanması baxımından dünyanın ən şəffaf suveren fondlarından biri hesab edilib”, – məqalədə qeyd olunur.

Məqalə müəllifinin sözlərinə görə, “Financial Times”ın yenidən apardığı hesablamalara əsaslanan göstəricilər hətta Norveç Pensiya Fondunun və ya Yeni Zelandiya Suveren Rifah Fondunun (New Zealand Super Fund) nəticələrini belə üstələyə bilər.

FT-nin qiymətləndirmələrinə görə, qızıl nəzərə alınmaqla Dövlət Neft Fondunun investisiya portfelinin ümumi gəlirliliyi 2020-ci ildə 5,3 % idisə, 2025-ci ildə bu göstərici 20 %-i ötüb.

Beləliklə, “Financial Times”ın fikrincə, Azərbaycanın qızıl ehtiyatlarının aktiv şəkildə artırılması strategiyası rəsmi hesabatlarda tam əks olunmasa da, son illərdə suveren investorlar arasında ən effektiv strategiyalardan biri olub.

ARDNF-nin məlumatına görə, qızıl nəzərə alınmadan investisiya portfelinin gəlirliliyi 2020-ci ildə 2,82 %, 2025-ci ildə isə 6,2 % təşkil edib.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Aİ Rusiyanı cirkli pulların yuyulması üzrə qara siyahıya saldı- ticarətdə çətinliklər yaranacaq

Next

Xarkov istiqamətində gərginlik artır – Rusiya və Ukrayna fərqli açıqlamalar verir

Copyright 2026— Praqraf.com. All rights reserved