Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 30
  • Araq istehlakında dünyada 142-ci yerdəyik – istehsal isə artmaqdadır

Araq istehlakında dünyada 142-ci yerdəyik – istehsal isə artmaqdadır

admin 30 Yanvar 2026 5 minutes read
4c291fd97f6e57b900a6b7ad4004672d
PAYLAŞIN:

Son illər Azərbaycanda spirtli içkilərin, xüsusilə arağın yerli istehsalının artması diqqət çəkir. Bu tendensiya bir tərəfdən iqtisadi məntiqlə əsaslandırılsa da, digər tərəfdən cəmiyyətin sağlamlığı və sosial sabitlik baxımından ciddi suallar doğurur.

2032-ci ilə qədər Azərbaycanda araq istehsalının illik həcminin mərhələli şəkildə artırılmaqla 100 min dekalitrə (1 dekalitr 10 litrdir) çatdırılması nəzərdə tutulur.

Araq istehsalının artırılmasının əsas səbəbi daxili bazarda mövcud tələbatdır. Alkoqollu içkilərə tələbin sabit qalması hökuməti bu bazarı qeyri-leqal istehsalın ümidinə buraxmaq əvəzinə, rəsmi və nəzarətli müstəviyə yönəltməyə sövq edir. Yerli istehsal dövlət büdcəsinə aksiz vergiləri və əlavə dəyər vergisi (ƏDV) şəklində əhəmiyyətli gəlir gətirir.

Digər mühüm amil idxaldan asılılığın azaldılmasıdır. Yerli zavodların fəaliyyəti xarici bazarlardan alınan məhsulların həcmini azaldır və valyuta axınının qarşısını qismən alır. Eyni zamanda spirt istehsalı xammal baxımından kənd təsərrüfatı sektoruna – taxılçılığa və üzümçülüyə əlavə stimul yaradır.

Bununla yanaşı, araq istehsalının artması istehlakın da artmasına yol aça bilər. Alkoqolun geniş yayılması qaraciyər xəstəlikləri, ürək-damar problemləri, psixoloji asılılıq və erkən ölüm hallarının çoxalması ilə əlaqələndirilir. Xüsusilə gənclər arasında spirtli içkilərə əlçatanlığın artması uzunmüddətli sosial fəsadlar yarada bilər.

Sosial müstəvidə isə alkoqol ailə daxili zorakılıq, yol-nəqliyyat hadisələri və kriminal davranış riskini yüksəldən əsas faktorlardan biri hesab olunur.

2f901db1-be11-4440-9310-b3b3b7ae9c90.jpg (241 KB)

Sabiq maliyyə naziri, professor Fikrət Yusifov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Beynəlxalq rəsmi statistikanın məlumatlarına əsaslansaq, dünyada ən çox spirtli içki Avropa ölkələrində içilir. Məsələn, Latviyada və Çexiyada bir ildə adambaşına düşən spirtli içki istehlakı 13 litr həcmində dəyərləndirilir. Digər ölkələrdə bu rəqəmlər aşağıdır. Bu sırada Azərbaycan 189 ölkə arasında 142-ci yerdədir. Yəni Azərbaycanda bir ildə adambaşına 1,38 litr alkoqollu içki içilir ki, bu da Latviya və Çexiyada olduğundan 9,4 dəfə azdır. Bizə qonşu olan və məişətinə yaxından bələd olduğumuz Rusiya isə bu reytinq cədvəllərində adambaşına 12,4 litr göstərici ilə 8-ci sırada dayanır. Lakin Rusiya kimi ölkə üzrə bu göstərici yetərincə şübhəlidir. Çünki bizim hər birimiz rus insanının məişətini və onun alkoqollu içkilərə tarixi bağlılığını yaxşı bilirik. Mən uzun illər Rusiyada yaşamış və bu məsələ üzrə müşahidələr aparmış bir adam kimi tam məsuliyyətlə deyə bilərəm ki, beynəlxalq statistikanın Rusiya ilə bağlı verdiyi bu rəqəm ən azı iki dəfə və ya bundan daha çox kiçildilib. Orada, demək olar ki, hər bir rus insanının ailəsində kustar yolla “samoqon” adlanan tünd spirtli içki istehsal edilir. Rus insanının kənddə və ya şəhərdə yaşamasından asılı olmayaraq bu istehsal üçün münbit şərait mövcuddur. İstənilən tullantıdan belə çəkilən “samoqon”u əldə etmək texnologiyası da çox sadədir. Rusiya rəsmi statistikası ölkəsində kişilərin orta yaşını 68 il olduğunu bəyan etsə də, real olaraq bu yaş ən azından 10 il şişirdilir. Rusiyada yaşadığım dövrdə, 2010-cu ildə, rəsmi dairələrin məxfi bir hesabatı qarşıma çıxmışdı və o hesabatda rus kişisinin orta ömrünün 52 il olduğu qeyd edilirdi”.

Azərbaycana gəlincə professor qeyd edib ki, ölkəmizdə spirtli içkilərin istehsalını daha çox ixrac üçün artırmaq yaxşı olardı: “Ancaq görünən budur ki, ölkəmizdə insanlar daha çox spirtli içki içməyə başlayıblar. Bu xoşagəlməz vərdişin köklərini araşdırmaq yaxşı olardı. 2023-cü ilin məlumatlarına görə, Azərbaycanda spirtli içkilərə olan tələbat təxmini 9 milyon 400 min dekalitr olub ki, bunun da 8 milyon 300 min dekalitri yerli istehsalla təmin edilib, qalan 1 milyon 100 min dekalitr spirtli içki isə xaricdən idxal olunub.

Bu məhsulların idxalının getdikcə artdığı müşahidə olunur. 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana təxminən 1,9 milyon dekalitr spirtli içki idxal edilib ki, bu da ötən ildə təxminən 2,3 milyon dekalitr idxal anlamına gəlir. Bu isə onu göstərir ki, biz getdikcə daha çox idxal etməyə başlamışıq. Odur ki, yerli istehsalın artırılması və bu yolla idxalın əvəzləşdirilməsi vacibdir”.

Afaq Mirayiq

Loading

Visited 7 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Ermənistan “sülh ordusu” qurur?
Next: Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istədi

OXŞAR MÖVZULAR

hXPKD2P9b7F5bZXh1l9BPL2U7gUnNQUaaVjt8ZIx_1200

Azərbayсan ət idxalına çəkdiyi xərci 15 %-dən çox artırıb

admin 23 Aprel 2026
Dovlət-Vergi-Xidməti

Dövlət Vergi Xidmətinə müraciətlərin sayı 14 %-ə yaxın azalıb

admin 23 Aprel 2026
hxw9id4tUS1R1gIuyIxtiLdSazVyxzRcSLefr2BT_1200

Azərbaycanın vergi orqanları I rübdə 89 cinayət işi açıb

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.