Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/HADİSƏ/Qızıl qaçaqmalçısına hökm oxundu – Vəkil ittihamın təsdiqlənmədiyini dedi
HADİSƏ

Qızıl qaçaqmalçısına hökm oxundu – Vəkil ittihamın təsdiqlənmədiyini dedi

28 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə İstanbuldan qaçaqmalçılıq yoluyla qızıl gətirməkdə, həmçinin 3 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan Elman Atakişiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Paraqraf.com xəbər verir ki, prosesdə dövlət ittihamçısı çıxış edərək müttəhimin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Müttəhimin vəkili isə bildirib ki, zərərçəkmiş şəxslərdən ikisinə dəymiş ziyan tam, digərinə ziyanın böyük hissəsi ödənilib. Vəkil müvəkkilinin 2 azyaşlı övladının olmasını və ilk dəfə məhkum edildiyini nəzərə alaraq məhkəmədən yüngül cəza təyin edilməsini xahiş edib. Müdafiə tərəfi həmçinin qaçaqmalçılıq ittihamı üzrə bəraət hökmünün çıxarılmasını tələb edib. Vəkilin sözlərinə görə, bu ittiham məhkəmə araşdırması zamanı sübuta yetirilməyib.

Elman Atakişiyev son sözündə məhkəmədən barəsində ədalətli qərar qəbul olunmasını xahiş edib. Müşavirəyə yollanan məhkəmə kollegiyası az sonra geri dönüb, hökmü elan edib.

Müttəhim Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq törətmə), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri ilə təqsirli bilinib. Hökmə əsasən, Elman Atakişiyev 6 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Elman Atakişiyev İnqilab Babayev, Tural Səmədzadə və istintaqla şəxsiyyəti müəyyən edilməyən digər şəxslərlə cinayət əlaqəsinə girərək İstanbuldan 782 349 manat dəyərində zərgərlik məmulatını qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirib. İstintaqla müəyyən edilib ki, Elman Atakişiyev, eyni zamanda, 3 nəfərə qarşı dələduzluq cinayəti törədib. Qeyd edək ki, cinayət işində adı keçən digər şəxslərin materialları ayrıca icraata ayrılıb.

 

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

TƏCİLİ! Benzinlə bağlı YENİ XƏBƏR – Qiyməti…

Next

Bakıda avtobusda ölüm

Copyright 2026— Praqraf.com. All rights reserved