Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Ölkəyə AYAQ açan Uruqvay inəkləri – Ekspert ƏSAS səbəbdən danışdı
İQTİSADİYYAT

Ölkəyə AYAQ açan Uruqvay inəkləri – Ekspert ƏSAS səbəbdən danışdı

28 Yanvar 2026 2 Min Read
PAYLAŞIN:

Ötən ilin yanvar-noyabr ayları ərzində Azərbaycana xarici ölkələrdən 5 min 690 baş safqanlı cins diri iribuynuzlu ev heyvanı (inək) idxal olunub. Rəsmi məlumatlara görə, ölkəyə gətirilən inəklərin ümumi gömrük dəyəri 24 milyon 544 min dollar təşkil edib.

Qeyd edək ki, ötən ilin ilk 11 ayında Azərbaycana idxal edilən bir baş inəyin orta gömrük dəyəri təxminən 4 314 dollar (7 330 manat) olub. Azərbaycana safqanlı cins inəklər aşağıdakı ölkələrdən gətirilib:

Uruqvay – 714 baş (bir başın orta gömrük dəyəri 8 658 manat);
Almaniya – 41 baş (5 739 manat);
Avstriya – 592 baş (7 443 manat);
Çexiya – 1 746 baş (7 472 manat);
Danimarka – 573 baş (6 761 manat);
Estoniya – 1 582 baş (7 137 manat);
Latviya – 74 baş (8 860 manat);
Litva – 21 baş (7 049 manat);
Macarıstan – 223 baş (5 748 manat);
Slovakiya – 124 baş (4 886 manat).

Image

İqtisadçı Xalid Kərimli hesab edir ki, xüsusi biotexnologiyaların inkişaf etdiyi Almaniya, Fransa, Hollandiya kimi ölkələrdə yetişdirilən inəklər yerli inəklərdən fərqlənir.

Onun sözlərinə görə, bu ölkələrdə yetişdirilən inəklər ət, süd verimi baxımından məhsuldardırlar:

“Düşünmürəm ki, xarici ölkələrdən inək idxalı azaldılmalıdır. Əksinə, bu inəklərə daha yaxşı baxmaq üçün texnologiyaları təkmilləşdirməliyik. Nəzərə almaq lazımdır ki, bu da bir növ investisiyadır, nəticəsini artıqlaması ilə verməlidir.

Azərbaycanda saf qanlı inəklərin yetişdirilməsi üçün əlverişli şərait yoxdur. Bu baxımdan inəklərin idxalının azaldılması maraqlarımıza uyğun deyil. Bu, süd istehsalının daha da azalmasına, ətin qiymətinin artmasına səbəb ola bilər. Əksinə, inəklərin artırılması istiqamətində işlər görmək lazımdır. Südçülükdə də, ət məhsullarında da idxaldan asılıyıq. Dövlət prosesdə nə qədər iştirak edirsə, sahibkarlar da o qədər iştirak edir”.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

İranın məşhur hərbi bazasında DƏHŞƏTLİ PARTLAYIŞ – Təxliyə əmri verildi

Next

TƏCİLİ! Benzinlə bağlı YENİ XƏBƏR – Qiyməti…

Copyright 2026— Praqraf.com. All rights reserved