Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Azərbaycanda 2033-cü ilədək araq istehsalı üzrə illik proqnozlar açıqlanıb
İQTİSADİYYAT

Azərbaycanda 2033-cü ilədək araq istehsalı üzrə illik proqnozlar açıqlanıb

27 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

2032-ci ilə qədər Azərbaycanda araq istehsalının illik həcminin mərhələli şəkildə artırılmaqla hər müəssisə üzrə 100 min dekalitrə çatdırılması nəzərdə tutulur.

Paraqraf.com bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, “Qida təhlükəsizliyi haqqında” qanunvericiliyə əsasən, alkoqollu içki olan araq üzrə 2024–2025-ci illər üçün minimum istehsal həcmi 20 min dekalitr, 2026–2027-ci illər üçün isə 30 min dekalitr müəyyənləşdirilib.

Bu arada, Dövlət Vergi Xidmətində alkoqollu içkilərin istehsalı sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüş keçirilib. Görüşdə qeyd olunan sahədə qanunvericiliyə edilmiş son dəyişikliklər barədə ətraflı məlumat verilib. Xüsusilə “Qida təhlükəsizliyi haqqında” qanunun 24-cü maddəsinə edilmiş dəyişikliklər çərçivəsində arağın illik minimum istehsal həcmi ilə bağlı tələblər diqqətə çatdırılıb, bu tələblərə riayət edilməməsinin qeydiyyatın ləğvi üçün əsas olduğu vurğulanıb, fəaliyyətin qanunvericiliyin tələbləri çərçivəsində davam etdirilməsi məqsədilə real istehsal həcmlərinə uyğun dəqiqləşdirilmiş bəyannamələrin təqdim olunmasının vacibliyi bildirilib.

Görüş zamanı aksizli malların, o cümlədən alkoqollu içkilərin (pərakəndə satış istisna olmaqla) nağd qaydada və qanunvericilikdə nəzərdə tutulmuş sənədlərlə rəsmiləşdirilmədən alqı-satqısının həyata keçirilməsinin, habelə aksiz markası ilə markalanmamış və ya saxta aksiz markaları ilə markalanmış məhsulların istehsalı və satışının yolverilməz olduğu vurğulanıb. Bu sahədə vergi nəzarəti tədbirlərinin mütəmadi olaraq həyata keçiriləcəyi bildirilib.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan Rusiyadan qoyun idxalını 9 dəfə artırıb

Next

Azərbaycan Danimarkadan mal-qara idxalını 8 dəfədən çox artırıb

Copyright 2026— Praqraf.com. All rights reserved