Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/TÜRKPA APA-nın 16-cı plenar iclasında iştirak edir
SİYASƏT

TÜRKPA APA-nın 16-cı plenar iclasında iştirak edir

26 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsənin başçılıq etdiyi nümayəndə heyəti Bəhreyn Krallığının Manama şəhərində keçirilən Asiya Parlament Assambleyasının (APA) 16-cı Plenar Sessiyasında iştirak edir.

Paraqraf.com xəbər verir ki, tədbirin keçirilməsində məqsəd Asiya regionu çərçivəsində parlamentlərarası dialoqun və əməkdaşlığın gücləndirilməsidir.

“Asiyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun gücləndirilməsində Asiya parlamentlərinin rolu: imkanlar, çağırışlar və gələcək inkişaf istiqamətləri” mövzusunda təşkil olunan sessiyada iştirak üçün 27 ölkədən təxminən 190 parlament üzvü və digər beynəlxalq təşkilatların nümayəndələri səfər edib.

Tədbirdə APA-ya üzv dövlətlərin parlament sədrləri, vitse-spikerləri, eləcə də beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər.

Səfər çərçivəsində TÜRKPA Baş katibi Ramil Həsənin plenar sessiyasında iştirakı ilə yanaşı, həmçinin orada çıxışı da nəzərdə tutulur. Eyni zamanda səfər çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.

Səfərdə TÜRKPA Baş katibini onun müavini, cənab Muhammet Alper Hayali və Protokol xidmətinin rəisi Yadigar Məmmədov müşayiət edir.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan və İsrailin XİN başçıları arasında geniştərkibli görüş keçirilib

Next

Prezident İlham Əliyev İsrailin XİN başçısını qəbul edib

Copyright 2026— Praqraf.com. All rights reserved