21 Sen 2026, Be

Azərbaycanda iki gündə daha 3 nəfər dəm qazından zəhərlənərək ölüb

PAYLAŞIN:

Azərbaycanda iki gün ərzində daha 3 nəfər dəm qazından zəhərlənərək ölüb.

Paraqraf.com xəbər verir ki, Şirvan şəhərində yanvarın 24-ü saat 19 radələrində şəhər sakini, 1982-ci il təvəllüdlü Ramin Vaqif oğlu Paşayev yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Sabunçu rayonunda yanvarın 24-ü saat 03 radələrində Kürdəxanı qəsəbə sakini, 1999-cu il təvəllüdlü Sevinc Gündüz qızı Mahmudova da yaşadığı evin hamam otağında dəm qazından vəfat edib.

Sabunçu rayonu yanvarın 25-i saat 05 radələrində Zabrat qəsəbə sakini, 1982-ci il təvəllüdlü Sənay Eldar qızı İsmayılova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib. Onun həyatını xilas etmək mümkün olmayıb.

Araşdırmalar rayon prokurorluqları tərəfindən aparılır.

Paraqraf.com 

Loading