Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Azərbaycan və İsrail içməli su sektorunda əməkdaşlığı genişləndirəcək
İQTİSADİYYAT

Azərbaycan və İsrail içməli su sektorunda əməkdaşlığı genişləndirəcək

26 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

Azərbaycan və İsrail arasında içməli su ehtiyatlarının idarə edilməsi və alternativ su mənbələrindən istifadə sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində işlər aparılır.

Paraqraf.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-İsrail biznes forumunda bildirib.

Onun sözlərinə görə, eyni zamanda, kənd təsərrüfatında sudan səmərəli istifadənin artırılması və müvafiq istehsal təşəbbüsləri üzrə danışıqlar davam edir.

“İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası Azərbaycan və İsrail arasında işgüzar əlaqələrin və investisiyaların artırılmasına yönəlmiş effektiv biznes platforması kimi fəaliyyət göstərir”, – deyə nazir qeyd edib.

M.Cabbarov vurğulayıb ki, beynəlxalq nəqliyyat dəhlizləri üzərində mühüm qovşaq olan Azərbaycan Orta Dəhliz daxil olmaqla, öz bağlantı imkanlarını gücləndirməkdə və bununla da qlobal tədarük zəncirlərindəki rolunu möhkəmləndirməkdə mühüm rol oynayıb:

“Bu gündəmin əsas elementi Zəngəzur Dəhlizi və yaxud yoludur. Bu, Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin etmək, Orta Dəhlizi daha da təkmilləşdirmək və Azərbaycanın Avropa, Mərkəzi Asiya və Asiya-Sakit okean bazarlarını birləşdirən logistika və tranzit mərkəzi kimi rolunu gücləndirmək məqsədi daşıyan multimodal bağlantı layihəsidir.

Bağlantı imkanlarına əlavə olaraq, bu regional inteqrasiyanın əsaslandığı digər iki möhkəm təməl var ki, onlardan biri maliyyə çərçivə əməkdaşlığıdır. Biz Qazaxıstan, Özbəkistan və Qırğızıstan ilə bir sıra birgə investisiya fondları yaratmışıq ki, bu fondlar nəinki həmin ölkələrin rezidentləri və layihələri üçün, həm də üçüncü tərəflər – Azərbaycanda bizneslə məşğul olduqları təqdirdə İsrail mənşəli müəssisələr üçün də açıqdır”.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Naxçıvanda sahibkarlar üçün güzəştlərin tətbiqi qüvvəyə minib

Next

Gümüşün qiyməti 110 dolları ötüb

Copyright 2026— Praqraf.com. All rights reserved