21 Sen 2026, Be

“Times”: Rusiya Ukraynadakı ərazi məsələlərinə dair ABŞ ilə razılığa gəlməyə məcbur olub

PAYLAŞIN:

Əbu-Dabidə ABŞ və Ukrayna ilə üçtərəfli danışıqlar zamanı Rusiya tərəfi ərazi məsələləri ilə bağlı Vaşinqtonun mövqeyini qəbul etmək məcburiyyətində qalıb.

Paraqraf.com-un məlumatına görə, bu barədə “The Times” qəzeti rusiyalı diplomata istinadən yazıb.

“Əvvəlcə ərazi güzəştləri ilə bağlı bir növ öhdəlik əldə etməyə ümid edirdik. Amma sonda sadəcə amerikalılarla razılaşmalı olduq”, – deyə mənbə Əbu-Dabidə danışıqların ilk günündən sonra bildirib.

Paraqraf.com 

Loading