21 Sen 2026, Be

KİV: ABŞ hesab edir ki, Putin və Zelenski arasında görüş tezliklə baş tuta bilər

PAYLAŞIN:

Rəsmi Vaşinqton hesab edir ki, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski arasında görüş tezliklə baş tuta bilər.

Paraqraf.com-un məlumatına görə, bu iddia ilə “Axios” portalı ABŞ Prezidenti Donald Tramp administrasiyasının nümayəndəsinə istinadən xəbər yayıb.

“Biz Putin və Zelenski arasında görüşə çox yaxınıq”, – deyən “Axios” mənbəsi bildirib və əlavə edib ki, bundan əvvəl əlavə üçtərəfli danışıqlar təşkil olunmalıdır.

“Düşünürik ki, bundan uzaqda deyilik. Əgər hazırkı kursumuza davam etsək, ora çatacağıq”, – deyə o bildirib.

Portalın məlumatına görə, ABŞ administrasiyası Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında Əbu-Dabidə (BƏƏ) keçirilən üçtərəfli danışıqların “Vaşinqtonun təsəvvür edə biləcəyi qədər yaxşı” keçdiyinə inanır.

“Axios” ABŞ rəsmisinin dediyi sözlərə istinadən bildirib: “İndi olduğumuz yerdən məmnunuq”.

Paraqraf.com

Loading