Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 25
  • Azərbaycanla Gürcüstan arasında hüquq sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycanla Gürcüstan arasında hüquq sahəsində əməkdaşlıq müzakirə edilib

admin 25 Yanvar 2026 2 minutes read
YSKKPyGmqQSaJ63ekauzCOSz5fHL0Dn9zvTwKNmV_825
PAYLAŞIN:

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bu ölkənin Vəkillər Kollegiyasının sədri İrakli Kandaşvili ilə görüşüb.

Paraqraf.com xəbər verir ki, görüş zamanı səfir Faiq Quliyev Gürcüstanda müstəqil və şəffaf ədliyyə sisteminin qurulmasında vəkil peşəsinin əhəmiyyətini xüsusi qeyd edib.

Səfir Azərbaycan və Gürcüstan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin hüquq sahəsində də uğurla davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb. O hər iki ölkənin müvafiq hüquq qurumları arasında əməkdaşlığın genişləndirilməsinin, qarşılıqlı təcrübə mübadiləsinin təşkili, birgə təşəbbüslərin həyata keçirilməsi və institusional əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb. Faiq Quliyev bu istiqamətdə əlaqələndirmə və əməkdaşlıq prosesinə dəstək verməyə hazır olduğunu bildirib.

Öz növbəsində, İrakli Kandaşvili Azərbaycan və Gürcüstanın vəkil və hüquqşünas birlikləri arasında əməkdaşlığın vacib olduğunu qeyd edib. O bu sahədə əlaqələrin daha da dərinləşdirilməsinə, qarşılıqlı maraq doğuran təşəbbüslərin icrasına və institusional əməkdaşlığın gücləndirilməsinə hazır olduqlarını bildirib.

Görüşdə həmçinin tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paraqraf.com 

Loading

Visited 4 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: İsrail Qəzzanın cənubunda silahlıların 4 km uzunluğunda tunelini dağıdıb
Next: Senator: Rumıniya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri qurulub

OXŞAR MÖVZULAR

4ffbf508-fed0-3b0a-b3d3-2465bf884e5e_1200 (2)

Azərbaycan XİN: Türkiyə ilə ortaq dəyərləmiz gələcək nəsillərə də həmrəylik ruhu aşılayacaq

admin 23 Aprel 2026
qDuY3V3GKU6CaqJBvOi5j4nLftdPmiV1GFUqE4V5_1200

Mərkəzi Asiya ölkələri və Azərbaycan ətraf mühitin qorunmasında birgə fəaliyyət üzrə bəyanat qəbul ediblər

admin 23 Aprel 2026
Gn4Bv65RrWYKapt61md7Tk2W9oxOy8wmwIM2b270_1200

Azərbaycan Misir ilə iqtisadi əməkdaşlığı müzakirə edib

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.