Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/Azərbaycan millisinin üzvü: “Danimarkaya vurduğum qolu dünyasını dəyişmiş atama həsr edirəm”
İDMAN

Azərbaycan millisinin üzvü: “Danimarkaya vurduğum qolu dünyasını dəyişmiş atama həsr edirəm”

25 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

Azərbaycanın futzal millisinin üzvü Ədalət Ələkbərov ötən gün yoxlama matçında Danimarka millisinə vurduğu qolu vəfat etmiş atasına həsr edib.

Paraqraf.com xəbər verir ki, bunu oyunçu özü Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında bildirib.

O, sözügedən matçda qələbə qazandıqları üçün sevincli olduqlarını bildirib:

“Birinci oyunda səhvlərimiz çox oldu. Həm yaratdığımız epizodları düzgün dəyərləndirə bilmədik, həm də rəqibin fərqlənməsi üçün boşluqlar verdik. Oyundan sonrakı gün baş məşqçi səhvlərimizi göstərdi, nələri düzgün etmədiyimizi dedi, necə oynamalı olduğumuzu bir daha videoanalizlərlə başa saldı. Təbii ki, qısa vaxt ərzində hər şeyi dəyişmək mümkün deyil. Ancaq bəsit səhvlərdən qaçdıq. Üstəlik, məğlubiyyətin yaratdığı məyusluq və revanş istəyi qələbənin əldə olunmasında köməyimiz oldu. Doğma meydanda oynayırdıq, məsuliyyətimiz ikiqat idi. Düzdür, rəqibimiz Avropada futzal üzrə sayılıb-seçilən komanda deyil, amma bu gün hər bir futzal komandası sürətlə inkişaf edir. Onlar bizdən əvvəl Norveçi böyük hesabla udub, rəsmi görüşdə Qazaxıstan kimi güclü və təcrübəli heyətə malik komandanı üstələyiblər. Bu onu göstərir ki, zəif rəqib yox, oyuna zəif yanaşma olur.

Əlbəttə, qol vurduğuma görə xoşbəxtəm. Buna qədər U-19-un heyətində dəfələrlə fərqlənsəm də, əsas millidə ilk qolum oldu. İlklər hər zaman yaddaqalan və əziz olur. Vurduğum qolu dünyasını vaxtsız dəyişmiş atama həsr edirəm”.

Qeyd edək ki, Azərbaycan – Danimarka matçı yığmamızın 4:2 hesablı qələbəsi ilə bitib.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Napoli” yeni transferini açıqlayıb

Next

Azərbaycan Basketbol Liqasında XIV tura bu gün yekun vurulacaq

Copyright 2026— Praqraf.com. All rights reserved