Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Tramp Prezident İlham Əliyevə təşəkkür edib
SİYASƏT

Tramp Prezident İlham Əliyevə təşəkkür edib

24 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

ABŞ Prezidenti Donald Tramp ötən ilin avqust ayında imzalanmış sülh müqaviləsinə əməl etdiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın Baş naziri Nikol Paşinyana təşəkkür edib.

Paraqraf.com-un məlumatına görə, bununla bağlı Ağ Ev rəhbərinin “Truth Social” sosial şəbəkəsindəki səhifəsində paylaşım edilib.

Trampın sözlərinə görə, son müharibə dəhşətli olub və onun sona çatdıra bildiyi səkkiz müharibədən biridir, lakin region artıq sülh və rifah dövrünə qədəm qoyur. O, ABŞ-nin vitse-prezidenti Jey Di Vensin sülh səylərini davam etdirmək, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nu irəli aparmaq üçün fevralda Azərbaycana və Ermənistana səfər edəcəyini vurğulayıb.

ABŞ Prezidenti həmçinin Azərbaycanla strateji tərəfdaşlığı gücləndirmək, Ermənistanla dinc nüvə əməkdaşlığı müqaviləsi bağlamaq və Amerikanın yarımkeçirici istehsalçılarının maraqları naminə müqavilələr imzalamaq niyyətində olduğunu bildirib.

Bundan əlavə, Tramp ABŞ-nin Azərbaycana zirehli geyimlər, qayıqlar və digər məhsullar da daxil olmaqla Amerika istehsalı olan müdafiə avadanlıqları satmağı planlaşdırdığını açıqlayıb.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

İspaniya parlamentinin sədri: Bakıda müasir çağırışlarla mübarizə barədə açıq dialoq apardıq

Next

Qiymətli metallar bahalaşır

Copyright 2026— Praqraf.com. All rights reserved