Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/AQDİM-in nümayəndə heyəti “Master. CC. Academy”də olub
CƏMİYYƏT

AQDİM-in nümayəndə heyəti “Master. CC. Academy”də olub

24 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

AQDİM-in nümayəndə heyəti “Master. CC. Academy”yə səfər edib. Görüşdə AQDİM-in İdarə Heyətinin sədri Fuad Rəsul, mərkəzin icraçı direktoru Kamil Hüseynov və “Master. CC. Academy”nin rəhbəri Carullazadə Carulla iştirak ediblər.

Görüş zamanı sosial məsuliyyət, inklüzivlik və həssas əhali qruplarının cəmiyyətə inteqrasiyası istiqamətində əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb. Xüsusilə irsi qan xəstəliklərindən əziyyət çəkən şəxslərin ödənişsiz peşə kurslarına cəlb olunması məsələsi müzakirələrin əsas mövzularından biri olub.

Layihə çərçivəsində bu şəxslərin, xüsusilə aşpazlıq sahəsində peşə bacarıqlarına yiyələnməsi, bilik və səriştələrinin artırılması, eləcə də asudə vaxtlarının səmərəli təşkili nəzərdə tutulur. Təşəbbüsün əsas məqsədi onların gələcəkdə işlə təmin olunmasına dəstək göstərmək və maddi rifah hallarının yaxşılaşdırılmasına töhfə verməkdir.

Görüşün sonunda tərəflər bu kimi sosial yönümlü layihələrin icrasının vacibliyini vurğulayaraq, gələcəkdə birgə əməkdaşlığın davam etdirilməsi barədə razılıq ifadə ediblər.

 

 

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Brent” neftinin qiyməti son 10 gündə ilk dəfə 66 dolları keçib

Next

Azərbaycan neftinin qiyməti 68 dolları keçib

Copyright 2026— Praqraf.com. All rights reserved