21 Sen 2026, Be

Ronaldunun çıxış etdiyi klub “Arsenal”ın futbolçusunu istəyir

PAYLAŞIN:

İngiltərənin “Arsenal” klubunun futbolçusu Qabriel Martinelli karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Paraqraf.com yerli mətbuata istinadən xəbər verir ki, Kriştianu Ronaldunun çıxış etdiyi “Əl-Nəsr” 24 yaşlı vingerlə maraqlanır.

Braziliyalı oyunçu ötən ildə də bu ölkədən təkliflər alıb. Lakin o, Avropada qalmağı üstün tutub.

Onun yayda fikrini dəyiş-dəyişməyəcəyi hələlik məlum deyil.

Qeyd edək ki, Qabriel Martinelli 2019-cu ildən “Arsenal”ın formasını geyinir.

Paraqraf.com 

Loading