Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Britaniya və Danimarka liderləri: Arktikada təhlükəsizliyin təmin edilməsi NATO-nun vəzifəsi olmalıdır
DÜNYA

Britaniya və Danimarka liderləri: Arktikada təhlükəsizliyin təmin edilməsi NATO-nun vəzifəsi olmalıdır

23 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

Arktikada təhlükəsizliyin təmin olunması bütün NATO üçün vəzifə olmalı, bu prosesdə isə Avropa mühüm rol oynamalıdır.

Paraqraf.com-un məlumatına görə, bu barədə Böyük Britaniyanın hökumət başçısı Kir Starmerin Londonda Danimarka Baş naziri Mette Frederiksenlə danışıqlarının yekunları üzrə yayılan bəyanatda qeyd olunub.

“Liderlər söhbətə son hadisələrin müzakirəsi ilə başladılar. Onlar Arktikada təhlükəsizliyin NATO-nun ümumi vəzifəsi olduğu və bu prosesi Avropa ilə NATO-nun davam etdirməli olduğu fikrini paylaşıblar”, – deyə sənəddə vurğulanıb.

Starmer və Frederiksen həmçinin Böyük Britaniya və Danimarkanın təhlükəsizlik sahəsində əməkdaşlığı həm ikitərəfli əsasda, həm də Avropada, o cümlədən silahlı qüvvələrin operativ uyğunluğunun artırılması hesabına necə genişləndirə biləcəklərini müzakirə ediblər. Bundan əlavə, tərəflər Ukraynadakı müharibəni, Kiyevə yardım göstərmək üçün “istəklilər koalisiyası”nın növbəti addımlarını, Yaxın Şərqdəki vəziyyəti və Avropada qeyri-qanuni miqrasiya məsələsi ətrafında da fikir mübadiləsi aparıblar.

Böyük Britaniya Baş nazirinin ofisi həmçinin bildirib ki, Starmer Arktikada təhlükəsizlik məsələsini NATO-nun Baş katibi Mark Rütte ilə də müzakirə edib. Onlar NATO üzvü ölkələrin regionda təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək üçün birlikdə işləməsinin həyati əhəmiyyətini vurğulayıblar.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Fidan: Şuranın Qəzzada sülhün möhkəmlənməsinə güclü töhfə verəcəyinə inanırıq

Next

Beynəlxalq məhkəmə Karapetyanın ailəsinin tələblərini rədd edib

Copyright 2026— Praqraf.com. All rights reserved