Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/Azərbaycanın qarüstü polo komandası Dünya Kubokunda mübarizə aparacaq
İDMAN

Azərbaycanın qarüstü polo komandası Dünya Kubokunda mübarizə aparacaq

23 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

Azərbaycanın qarüstü polo üzrə “Land of Fire” komandası İsveçrənin Sankt-Moritz şəhərində təşkil olunan 41-ci Dünya Kubokunda mübarizə aparacaq.

Paraqraf.com xəbər verir ki, yarışda ümumilikdə 6 komanda – “Land of Fire”, “Sankt Moritz”, “Flexjet”, “Standing Rock”, “Investec” və “Mackage” mübarizə aparacaq.

“Land of Fire” turnirdəki ilk oyununu bu gün, Bakı vaxtı ilə saat 15:15-də ev sahibi “Sankt Moritz” komandasına qarşı keçirəcək.

İlk günün nəticələrinə əsasən, 4 komanda yarımfinala vəsiqə qazanacaq. Yanvarın 25-də isə üçüncü yer uğrunda və final oyunu baş tutacaq. Yarışın sonunda turnirin qalibi ilə yanaşı, ən yaxşı oyunçu və ən yaxşı polo atı da mükafatlandırılacaq.

Qeyd edək ki, 1985-ci ildən bəri hər il keçirilən bu yarış yüksək səviyyəli oyunları və möhtəşəm dağ mənzərəsi fonunda baş tutan sosial tədbirləri ilə məşhurdur. Tədbir çərçivəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan pavilyonu da fəaliyyət göstərir. Burada ölkəmizin tarixi, mədəniyyəti və turizm imkanları təbliğ olunur, müxtəlif milli brendlər, sənətkarlıq nümunələri və eksponatlar nümayiş etdirilir.

“Land of Fire” komandasının bu turnirdə iştirakı Azərbaycanın qədim atçılıq ənənələrinin beynəlxalq səviyyədə tanıdılmasına və ölkəmizin idman imicinin elit məkanlarda təbliğinə mühüm töhfə verir.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Barselona”nın sabiq futbolçusu “Yuventus”a keçə bilər

Next

“Napoli” braziliyalı müdafiəçini 20 milyon avroya transfer edir

Copyright 2026— Praqraf.com. All rights reserved