Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 22
  • İranda inqilab niyə baş tutmadı? – DETALLAR

İranda inqilab niyə baş tutmadı? – DETALLAR

admin 22 Yanvar 2026 6 minutes read
176900308215311006086970d84a71134
PAYLAŞIN:

ABŞ-nin İrana qarşı hərbi əməliyyatlara hazırlaşması barədə intensiv məlumatlar gəlir.

“The Wall Street Journal” Pentaqonun Yaxın Şərqə hərbi təyyarələr yerləşdirməyə başladığını yazıb.

Qeyd edilir ki, ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatlara qərar verməsə də, köməkçilərinə həlledici hərbi variantlar hazırlamağı tapşırıb.

Qəzetin yazdığına görə, Tramp ötən həftə İrana birbaşa hücumdan imtina edib. Lakin ABŞ-nin Yaxın Şərqdə hərbi mövcudluğunun sürətlə gücləndirilməsinə göstəriş verib. Hazırda Amerika bölgəyə döyüş gəmisi və bir neçə qırıcı təyyarə göndərib.

Qeyd edək ki, Prezident Tramp İranda keçirilən aksiyalar zamanı vədinə uyğun olaraq rejimə qarşı hərbi zərbələrin endirilməsinə əmr verməsə də, bundan imtina etməyib. Hazırda ABŞ-nin Fars körfəzi və Yaxın Şərqdə çoxsaylı təyyarədaşıyan gəmilər və qırıcılar cəmləməsi İrana qarşı hərbi əməliyyatlara hazırlıq kimi qiymətləndirilir.

Ona görə də Trampın istənilən vaxt İrana qarşı hücum əmrini verəcəyi barədə proqnozlar aktual olaraq qalır. Lakin ABŞ-nin zərbələri nəticəsində İran rejiminin süqut edib-etməyəcəyi müzakirə mövzusu olaraq qalır. 

Xatırladaq ki, Donald Tramp bu yaxınlarda İranın ali lideri Ayətullah Seyid Əli Xameneyini “xəstə” adlandırıb. ABŞ Prezidenti İranın yeni liderə ehtiyacı olduğunu deyib.

Bu, ABŞ-nin İranda rejimi xaricdən müdaxilə hesabına dəyişməyi planlaşdırdığını göstərir. Ancaq İran cəmiyyəti Xameneyinin yerinə yeni dini liderin və ya ölkədə mötədil İslam rejimini, deyil, dünyəvi dövlətin qurulmasını istəyir.

Ona görə də ABŞ-nin teokratik rejimi saxlamaq cəhdinə xalq dəstək verməyəcək. Yəni hərbi əməliyyatların müsbət nəticəsi olmayacaq.

Dünyəvi dövlətin qurulacağı halda İranın rəhbərliyinə yalnız bu ölkədə yaşayan bütün xalqların siyasi dəstəyini qazana bilən adam gələ bilər. Son etirazlarda İranda yaşayan xalqların passiv iştirakı keçmiş Məhəmmədrza şah Pəhləvinin ABŞ-də yaşayan oğlu Rza Pəhləvinin hakimiyyətə iddia etməsi ilə bağlı oldu. 

Qeyri-fars millətlərə antipatiyası ilə seçilən Rza Pəhləvi amilinə görə İranda yaşayan xalqlar, o cümlədən Güney Azərbaycan türkləri aksiyalara fəal dəstək vermədilər.

İrandakı xalqların milli hüquqlarının yalnız Rza Pəhləvi tərəfindən deyil, eləcə də ABŞ tərəfindən nəzərə alınmaması İran rejimini sıradan çıxartmağa mane olur. Yəni İranın ərazi bütövlüyü ilə bağlı Qərbin və İsrailin mövqeyi İran rejiminin əlini gücləndirən və siyasi ömrünü uzadan amilə çevrilib.

Hətta nə qədər qəribə görünsə də, bu məsələdə İran rejiminin maraqları Donald Tramp və Benyamin Netanyahu ilə üst-üstə düşür. Belə olan təqdirdə, İranda siyasi dəyişikliyə nail olmaq mümkün görünmür.

Ona görə də İran təhlükəsini aradan qaldırmaq üçün həmin coğrafiyada yaşayan xalqların azadlıq və milli hüquqlarının təmin olunmasına şərait yaradılmalıdır. Söhbət SSRİ kimi “Xalqlar həbsxanası”na çevrilmiş İrandakı qeyri-farslara xaricdən azadlıq ixrac edilməsindən getmir. 

İran rejiminin devrilməsində maraqlı olan güc mərkəzləri, ilk növbədə ABŞ bu ölkədə yaşayan xalqların azadlıq seçiminə hörmətlə yanaşmalı və mane olmamalıdır. Əks təqdirdə, güneyli azərbaycanlılar, bəlluclar, ərəblər, qaşqaylar, kürdlər, türkmənlər, lorlar və digərilərinin prosesə qoşulmaması ABŞ-yə xaricdən müdaxilə yolu ilə İranda öz məqsədinə çatmaqda mane olacaq.

İran rejimini çökdürmək üçün ən əlverişli üsul daxili güc amili ola bilər. Bu baxımdan, 35 milyon Güney Azərbaycan türkləri əsas siyasi güc mərkəzi hesab edilir. Güney Azərbaycan həm coğrafi, yəni geosiyasi mövqeyinə, həm də demoqrafik göstəricilərinə görə strateji əhəmiyyətə malik olduğundan onu diqqətdən kənarda saxlamaq olmaz.

Son 80 ildə 3 dəfə dünya düzəninin dəyişməsi prosesi baş verib. Hər üçündə Azərbaycan məsələsi, o cümlədən Güney Azərbaycan gündəmə gəlib. İkinci Dünya müharibəsindən sonra “21 Azər Hərəkatı” nəticəsində Güney Azərbaycan müstəqillik əldə etsə də, sonradan SSRİ-nin ABŞ və Britaniyanın təzyiqləri nəticəsində geri çəkilməsi Seyid Cəfər Pişəvərinin qurduğu dövlətin süqutuna səbəb oldu.

“Soyuq müharibə”dən sonra, Azərbaycan SSR-də başlayan milli-azadlıq hərəkatı bu prosesi yenidən oyatdı. 1989-cu il dekabrın 31-də Şimali və Cənubi Azərbaycan arasında sərhədlərin sökülməsi baş verdi. Nəticədə, Azərbaycan SSR müstəqillik əldə etdi.

Hazırda beynəlxalq münasibətlər sistemində yeni dünya nizamının formalaşması prosesi gedir. İran rejiminin bu gərgin vəziyyətdə mövcudluğunu saxlaya biləcəyi şübhə doğurur.

Münaqişələr və geosiyasi qarşıdurmalar əsasən Avrasiyada getdiyi üçün Yaxın və Orta Şərqdə bir sıra ölkələrin xəritəsinin dəyişəcəyi proqnozlaşdırılır. Bu baxımdan, İran geosiyasi proseslərin episentrinə düşür.

Yəni Güney Azərbaycan məsələsi yenidən gündəmə gəlir. Güney Azərbaycanın müstəqillik qazanması yeni dünya düzəninin formalaşmasına təkan verə bilər.

Loading

Visited 12 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: “Qrenlandiya ABŞ ərazisidir”
Next: Qlobal reallıqlar, regional həllər

OXŞAR MÖVZULAR

eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

admin 23 Aprel 2026
ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

admin 23 Aprel 2026
df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.