20 Sen 2026, Bz

Bakıda 10 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək

PAYLAŞIN:

20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Bakının Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

Paraqraf.com bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Bildirilib ki, məhdudiyyət səbəbindən 3, 6, 10, 18, 31, 39, 53, 77, 96 və 205 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.

Paraqraf.com 

Loading