Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Azərbaycanın Türkmənistandakı səfirliyi 20 Yanvar faciəsi ilə bağlı materiallar dərc edib
SİYASƏT

Azərbaycanın Türkmənistandakı səfirliyi 20 Yanvar faciəsi ilə bağlı materiallar dərc edib

19 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

Azərbaycanın Türkmənistandakı səfirliyi 20 Yanvar faciəsi ilə bağlı “20 Yanvar – Azərbaycan xalqının qəhrəmanlıq və milli qürur salnaməsi” başlıqlı materiallar dərc edib.

Bu barədə Paraqraf.com-a səfirlikdən məlumat verilib.

Bildirilib ki, materiallar Azərbaycan xalqına qarşı törədilmiş cinayətin dünya ictimaiyyətinə, o cümlədən Türkmənistan cəmiyyətinə daha dolğun və obyektiv şəkildə çatdırılması məqsədilə ölkənin və Mərkəzi Asiya regionunun nüfuzlu informasiya resurslarından sayılan “NewsCentralAsia” və digər informasiya portallarında dərc edilib.

Eyni zamanda, sözügedən məlumatlar yerli media orqanlarına da təqdim olunub.

Dərc edilmiş materiallarda 20 Yanvar faciəsinin Azərbaycanın dövlət müstəqilliyinin bərpası prosesində mühüm dönüş nöqtəsi olduğu xüsusi vurğulanıb.

Həmçinin, səfirliyin rəsmi internet saytında və sosial şəbəkə hesablarında Azərbaycan, türkmən, ingilis və rus dillərində 20 Yanvar faciəsinə dair ətraflı məlumatlar və videomateriallar yerləşdirilib.

Bununla yanaşı, Azərbaycan Xarici İşlər Nazirliyinin və İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı bəyanatları da yayılıb.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Leyla Əliyeva Efiopiyada “MESOB” dövlət xidməti mərkəzində olub

Next

İrəvanda Azərbaycan və Türkiyə ilə münasibətlərdə irəliləyiş olduğunu düşünürlər

Copyright 2026— Praqraf.com. All rights reserved