Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Azərbaycanda aqrar sektor 1 % böyüyüb
İQTİSADİYYAT

Azərbaycanda aqrar sektor 1 % böyüyüb

19 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

2025-ci ildə Azərbaycanda 14 milyard 189,5 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.

Paraqraf.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 0,9 % çoxdur.

Ötən il ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri əvvəlki ilə nisbətən 1,5 % artaraq 6 milyard 748,5 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 0,3 % artaraq 7 milyard 441 milyon manat təşkil edib.

2025-ci ildə Azərbaycanda qarğıdalı da daxil olmaqla tarlalardan 3 milyon 375,5 min ton və yaxud 2024-cü ilə nisbətən 3 % çox dənli və dənli paxlalı bitkilər, 1 milyon 769,4 min ton və yaxud 3,8 % az tərəvəz, 1 milyon 394,4 min ton və yaxud 5,8 % çox meyvə və giləmeyvə, 924,7 min ton və yaxud 0,3 % az kartof, 459 min ton və yaxud 6,4 % az bostan

məhsulları, 363,2 min ton və yaxud 16,8 % çox pambıq, 328,5 min ton və yaxud 13,2 % çox şəkər çuğunduru, 210,9 min ton və yaxud 2,8 % çox üzüm, 31,8 min ton və yaxud 1,9 % çox günəbaxan, 8,4 min ton və yaxud 28,9 % çox tütün, 1,2 min ton və yaxud 12,7 % çox yaşıl çay yarpağı yığılıb.

Ötən il ölkədə diri çəkidə 659,2 min ton ət, 2 milyon 305,9 min ton süd, 2 milyon 342,9 milyon ədəd yumurta, 14,6 min ton yun, 186,6 ton barama istehsal olunub. Əvvəlki illə müqayisədə yumurta istehsalı 1,8 %z, süd istehsalı 0,3 % artıb, ət istehsalı eyni səviyyədə qalıb, yun istehsalı 1,3 %, barama istehsalı 22,1 % azalıb.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Yelo Bank” maliyyə vəziyyətini açıqlayıb

Next

Azərbaycan əhalisinin gəlirləri 8 % artıb

Copyright 2026— Praqraf.com. All rights reserved