Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/İncəsənətin Tərəqqisinə Dəstək ictimai birliyinin ictimaiyyətə geniş təqdimat mərasimi keçirilib – FOTOLAR
CƏMİYYƏT

İncəsənətin Tərəqqisinə Dəstək ictimai birliyinin ictimaiyyətə geniş təqdimat mərasimi keçirilib – FOTOLAR

18 Yanvar 2026 2 Min Read
PAYLAŞIN:

Yeni yaradılan ictimai birliyin rəsmi fəaliyyətə başlaması münasibətilə təşkil olunan tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Himn İctimai birliyin nəzdində fəaliyyət göstərən “Zəfər yurdu” ansamblının xor kollektivi tərəfindən ifa edilib. Daha sonra Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə giriş nitqi ilə çıxış edən moderator — Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədr müavini, şair-publisist, Beynəlxalq Alaş Ədəbiyyatı mükafatçısı Əkbər Qoşalı ictimai birliyin rəsmi fəaliyyətə başlamasını əlamətdar hadisə kimi qiymətləndirib, kollektivə gələcək fəaliyyətində uğurlar arzulayıb.

İctimai birliyin təsisçisi və sədri Turanə Orucova qonaqları salamlayaraq, birliyin əsas məqsədləri, mədəniyyət və incəsənətin bütün sahələrinin inkişafına göstəriləcək dəstək, eləcə də qarşıda duran vəzifələr və planlaşdırılan layihələr barədə məlumat verib.

Tədbirdə təbrik nitqi ilə çıxış edən Milli Məclisin deputatları Vasif Qafarov, Aydın Mirzəzadə, Azərbaycanın Xalq artisti Hacı İsmayılov, Zirvə Mədəniyyət və İncəsənət İctimai Birliyinin sədri Şahin Qədirov, İrəvan Ansamblının rəhbəri Maya Qafarova, Qərbi Azərbaycan İcmasının Nizami rayon təşkilatının sədri Xəqani Cəfərov, Aydınlar Ocağı Beynəlxalq Dialoq və Əməkdaşlıq Mərkəzinin sədri Vüqar Qədirov və digər natiqlər ictimai birliyin fəaliyyətini yüksək qiymətləndirərək kollektivə uğurlar arzulayıblar.

Tədbirdə kütləvi informasiya vasitələrinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də digər rəsmi şəxslər iştirak ediblər.

Rəsmi hissədən sonra “Zəfər yurdu” ansamblının kollektivi vətənpərvərlik ruhunda səsləndirdiyi musiqi nömrələri ilə tədbirə yekun vurub.








Aytac

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Tarixdə bu gün — 18 yanvar

Next

Saakyan: “4 erməni məhbus buna görə qaytarılıb”

Copyright 2026— Praqraf.com. All rights reserved