Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Avropanın daha bir ölkəsində Azərbaycan Evi məktəbi açılıb
SİYASƏT

Avropanın daha bir ölkəsində Azərbaycan Evi məktəbi açılıb

18 Yanvar 2026 2 Min Read
PAYLAŞIN:

Almaniyanın Ştutqart şəhərində növbəti Azərbaycan Evinin və evin nəzdində həftəsonu Azərbaycan məktəbinin açılışı olub.

Tədbirdə Azərbaycanın Dövlət Himni səslənib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Bu barədə Paraqraf.com-a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Açılışda komitə sədri Fuad Muradov, Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin müşaviri Samir Rzayev, Türkiyənin Ştutqartdakı baş konsulu Makbulə Koçak Kaçar, Avropanın müxtəlif ölkələrində, Almaniyanın ayrı-ayrı şəhərlərində yaşayan soydaşlarımız, xaricdəki bir sıra Azərbaycan Evlərinin rəhbərləri və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Azərbaycan-Alman Mədəniyyət Mərkəzinin sədri Günay Mirzəyeva Almaniyada yaşayan soydaşlarımızı bir araya gətirən mərkəzin və Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin fəaliyyəti ilə bağlı hesabat xarakterli çıxış edib.

F.Muradov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müasir diaspor siyasətindən və diasporla ortaq fəaliyyətin şaxələndirilməsindən danışıb, dünyanın müxtəlif ölkələrində Azərbaycan Evlərinin, həftəsonu məktəblərinin açıldığını qeyd edib. Sədr, həmçinin Almaniyada daha bir Azərbaycan Evinin və evin nəzdində həftəsonu məktəbinin açılması münasibətilə soydaşlarımızı təbrik edib, bunu dövlətimizin xaricdə yaşayan azərbaycanlılara göstərdiyi qayğının əyani sübutu kimi dəyərləndirib.

Bildirilib ki, Azərbaycan Evləri, həftəsonu məktəbləri, o cümlədən ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan “Qarabağ” onlayn məktəbləri üçüncü, dördüncü nəsil diasporun ana dilini öyrənməsi baxımından üstünlüklər və yeni imkanlar yaradan ən uğurlu modeldir. Bu modelin azərbaycanlıların kompakt yaşadığı Ştutqart kimi vacib bölgədə tətbiq olunması xüsusi əhəmiyyət daşıyır.

Tədbirdə dövlət başçısının çıxışlarının yer aldığı videoçarxlar nümayiş olunub.

Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri Altay Rüstəmli, Alyansın İdarə Heyətinin üzvü Əmir Əli Sərdari İrəvani, Makbulə Koçak Kaçar və bir sıra icma üzvləri çıxış edərək Azərbaycan Evinin açılışını soydaşlarımızın birliyinin rəmzi adlandırıblar.

Mərasim iştirakçıları italyan mədəniyyət xadimi Françesko Macconun əsərlərindən ibarət “Nar” adlı sərgiyə tamaşa ediblər.

Açılış mərasimi bədii hissə ilə davam edib.

Qeyd edək ki, Ştutqart şəhərində açılan Azərbaycan Evi də daxil olmaqla, hazırda dünyanın 20 ölkəsində 32 Azərbaycan Evi fəaliyyət göstərir. Eyni zamanda, 24 ölkədə 90-dan çox həftəsonu Azərbaycan məktəbi mövcuddur. Bu məktəblərin Azərbaycan Evlərində, digərləri isə diaspor təşkilatlarının və mədəniyyət mərkəzlərinin nəzdində və ya müstəqil şəkildə fəaliyyət göstərir.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Bakıda “Qeyzer” adlı müasir incəsənət sərgisinin açılışı olub

Next

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

Copyright 2026— Praqraf.com. All rights reserved