Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Rusiyada Nalçikdə polislərə hücumun qarşısı alınıb
DÜNYA

Rusiyada Nalçikdə polislərə hücumun qarşısı alınıb

17 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Xabarovsk diyarında hökumət orqanları nümayəndələrinə və Kabardin-Balkar Respublikasında polislərə qarşı terror aktlarının hazırlanmasının qarşısının alındığını bildirib.

Paraqraf.com yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya FTX-nin İctimai Əlaqələr Mərkəzi məlumat yayıb.

“Qeyd olunan regionlarda əməliyyat-axtarış tədbirləri nəticəsində Xabarovsk diyarında inzibati binanı yandırmağı planlaşdıran şəxs, eləcə də Nalçik şəhərində polis əməkdaşlarına qarşı sui-qəsd hazırlayan Kabardin-Balkar Respublikasının sakini saxlanılıb”, – məlumatda qeyd olunub.

Saxlanılan şəxslərdə bir sıra yazışmalar, həmçinin, sui-qəsdin həyata keçirilməsinin planlaşdırıldığı obyektlərin fotoları aşkar edilib.

Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko vurğulayıb ki, Kabardin-Balkar Respublikasının sakininə cinayətlərin törədilməsinə görə ittiham irəli sürülüb və həbs edilib.

Xabarovsk diyarında saxlanılan şəxslə bağlı da cinayət işi araşdırılır, o da həbs edilib.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Rizvan Nəbiyev: “Zəngəzur dəhlizinin qarşısının alınması ABŞ-la üz-üzə gəlmək riski yaradır”

Next

Qazaxıstan Silahlı Qüvvələri Baş Qərargahına yeni rəis təyin edilib

Copyright 2026— Praqraf.com. All rights reserved