Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 17
  • 20 Yanvar azadlıq yolunun başlanğıcı

20 Yanvar azadlıq yolunun başlanğıcı

admin 17 Yanvar 2026 6 minutes read
WhatsApp Image 2025-12-29 at 14.43.25
PAYLAŞIN:

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet totalitar sisteminin mahiyyəti bütün çılpaqlığı ilə üzə çıxdı. Keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet ordusunun çoxsaylı hərbi birləşmələri Bakı şəhərinə və respublikanın bir sıra rayonlarına yeridildi. Silahsız, dinc əhali ağır texnika və müasir silahların hədəfinə çevrildi; onlarla insan gecənin qaranlığında amansızcasına qətlə yetirildi, yüzlərlə vətəndaş yaralandı, bir çoxu isə ömürlük şikəst oldu. Bu hadisə Azərbaycanın müasir tarixində təkcə ən qanlı faciə deyil, həm də milli şərəf və ləyaqət salnaməsi kimi yadda qaldı.

20 Yanvar hadisələri mahiyyət etibarilə sıradan hərbi əməliyyat deyildi. Bu, azadlıq və suverenlik tələb edən bir xalqın iradəsini zor gücü ilə sındırmaq cəhdi idi. Hərbi vəziyyət elan edilmədən həyata keçirilən bu hücum beynəlxalq hüququn və humanizm prinsiplərinin kobud şəkildə pozulması demək idi. Faciə zamanı həlak olanlar arasında qadınlar, uşaqlar, yaşlılar, hətta yaralılara yardım göstərən təcili tibbi yardım əməkdaşları da vardı. Bu faktlar 20 Yanvar hadisələrinin insanlığa qarşı cinayət kimi qiymətləndirilməsini tam əsaslandırır.

Lakin sovet rəhbərliyinin məqsədi – xalqı qorxutmaq və milli azadlıq hərəkatını boğmaq – baş tutmadı. Əksinə, bu qanlı gecə Azərbaycan xalqının sovet imperiyasına olan son ümidlərini darmadağın etdi və müstəqilliyə aparan yolun geri dönüşü olmayan mərhələsini başlatdı.

20 Yanvar faciəsinə ilk və ən prinsipial siyasi-hüquqi qiymət məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən verildi. Hələ sovet totalitar sisteminin bütün təzyiqlərinə baxmayaraq, faciədən bir gün sonra – 1990-cı il yanvarın 21-də – Heydər Əliyev Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək açıq şəkildə SSRİ rəhbərliyini ittiham etdi. Bu, böyük siyasi cəsarət və vətəndaşlıq mövqeyi idi. O, 20 Yanvar hadisələrini hüquqa, demokratiyaya və humanizmə zidd olan, mərkəzi hakimiyyətin və o zamankı respublika rəhbərliyinin xəyanəti nəticəsində törədilmiş ağır siyasi cinayət kimi qiymətləndirdi, günahsız insanların qətlə yetirilməsinə görə məsul şəxsləri cinayətkar adlandırdı və baş verənləri bütöv bir xalqa qarşı həyata keçirilmiş tarixi divan kimi səciyyələndirdi.

Ulu Öndərin “ədalət naminə, Azərbaycan xalqının namusunu, şərəfini və milli mənliyini qorumaq naminə” səsləndirdiyi mövqe Kremlin informasiya blokadasına baxmayaraq bütün dünyaya yayıldı və xalqın qəlbində ümid işığı yandırdı. Heydər Əliyev eyni zamanda Bakıya əlavə ordu hissələrinin yeridilməsinin əsassız olduğunu faktlarla sübut edərək SSRİ rəhbərliyindən rəsmi izahat tələb etdi və bu qərara görə Azərbaycanı tərk etmiş o zamankı respublika rəhbərliyinin xalq qarşısında məsuliyyət daşıdığını bəyan etdi.

Onun təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verən tarixi qərar qəbul edildi. Bu, Ulu Öndərin qətiyyətinin növbəti təzahürü idi və sənəd vasitəsilə faciəyə rəsmi qiymət verilməsi açıq şəkildə tələb edildi. Yalnız Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinin əsl mahiyyəti hüquqi müstəvidə tam açıldı. 1994-cü il martın 29-da Milli Məclis səviyyəsində qəbul edilən qərarla bu qanlı aksiya totalitar kommunist rejimi tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.

Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atıldı: Şəhidlər Xiyabanında “Əbədi məşəl” memorial kompleksi ucaldıldı, “20 Yanvar şəhidi” fəxri adı təsis edildi və bu ailələrə dövlət qayğısı sistemli şəkildə göstərildi. Ulu Öndərin vurğuladığı kimi, 20 Yanvar həm xalqımızın ən faciəli, həm də ən şərəfli tarixidir. Zaman keçdikcə həmin hadisələrin Azərbaycan xalqının taleyində həlledici rol oynadığı daha aydın görünür.

Prezident İlham Əliyev də 20 Yanvar hadisələrini sovet rejiminin törətdiyi ağır cinayət kimi qiymətləndirir və şəhidlərin xatirəsinin daim uca tutulmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirir. Dövlət başçısının tapşırıqları ilə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və diaspor təşkilatları bu faciənin beynəlxalq miqyasda tanıdılması üçün ardıcıl fəaliyyət göstərirlər.

Xüsusilə Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra 20 Yanvar şəhidlərinin ruhunun da şad olduğu vurğulanır – çünki onların canı bahasına arzuladığı müstəqil və suveren Azərbaycan bu gün daha güclüdür. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 20 Yanvar faciəsi həm kədərimiz, həm də qürurumuzdur. O gün Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, azadlıq ideyasını tanklarla əzmək mümkün deyil.

Bu tarix xalqımızın milli iradəsinin sarsılmazlığını təsdiqləyən əbədi yaddaş dərsidir. 20 Yanvar faciəsi yalnız qanlı repressiya aktı kimi deyil, Azərbaycan xalqının azadlıq iradəsinin sarsılmazlığını, milli özünüdərkin oyanışını və müstəqil dövlətçilik yolunda geri dönüşü olmayan tarixi mərhələni təsdiqləyən şərəfli mübarizə salnaməsi kimi yaddaşlarda əbədi yaşayır.

Samirə Hüseynova

Paraqraf.com

Loading

Visited 40 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: “Mediada Azərbaycan dili” təlimlərinin növbəti mərhələsi təşkil olundu – Fotolar
Next: Bakı Peşə Hazırlığı Mərkəzində fəaliyyətlər davam edir – FOTOLAR

OXŞAR MÖVZULAR

eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

admin 23 Aprel 2026
ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

admin 23 Aprel 2026
df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.