19 Sen 2026, Şb

ABŞ-nin BMT-dəki səfiri: İranla bağlı bütün mümkün tədbirlər nəzərdən keçirilir

PAYLAŞIN:

ABŞ Prezidenti Donald Tramp İranla bağlı bütün mümkün tədbirləri nəzərdən keçirir.

Paraqraf.com-un məlumatına görə, bunu ABŞ-nin BMT-dəki səfiri Mayk Uolts Təhlükəsizlik Şurasının İranla bağlı iclasında bildirib.

“Prezident Tramp BMT-də müşahidə etdiyimiz sonsuz danışıqlar deyil, fəaliyyət göstərən insandır. O, bütün variantların nəzərdən keçirildiyini açıq şəkildə bildirib”, – Uolts deyib.

ABŞ səfiri həmçinin iddia edib ki, İranın dialoqa hazır olması ilə bağlı açıqlamalarına baxmayaraq, onun hərəkətləri bunun əksini göstərir.

Paraqraf.com 

Loading