Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Tramp Rusiya-Ukrayna müharibəsinin uzun sürməsinin səbəbini açıqlayıb
DÜNYA

Tramp Rusiya-Ukrayna müharibəsinin uzun sürməsinin səbəbini açıqlayıb

15 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, hazırda Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına dair potensial sazişi Rusiya deyil, Ukrayna ləngidir.

Paraqraf.com xəbər verir ki, Tramp bu barədə “Reuters” agentliyinə müsahibəsində bildirib.

Amerika liderinin fikrincə, Rusiya Prezidenti Vladimir Putin müharibəni bitirməyə hazırdır.

“Düşünürəm ki, o (Putin – red.) saziş bağlamağa hazırdır. Hesab edirəm ki, Ukrayna sövdələşməyə daha az hazırdır”, – deyə Ağ Ev rəhbəri qeyd edib. Sülh danışıqlarının niyə hələ də nəticə vermədiyi barədə suala Tramp: “Zelenski”, – deyə cavab verib.

Jurnalistlər niyə Trampın Ukrayna Prezidentinin danışıqları uzatdığını düşündüyünü dəqiqləşdirdikdə o: “Sadəcə düşünürəm ki, bilirsiniz, onun (Zelenski – red.) üçün bunu etmək çətindir”, – deyə bildirib.

Tramp həmçinin gələn həftə Davosda keçiriləcək Dünya İqtisadi Forumunda Zelenski ilə görüşəcəyini təsdiqləyib. Lakin bu görüşlə bağlı hər hansı konkret plan açıqlamayıb.

O həmçinin “Bloomberg” nəşrinin ötən gün yazdığı xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşnerin Moskvaya səfər etməsi barədə məlumatı təkzib edib.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

ABŞ və Venesuela liderləri milli təhlükəsizlik məsələlərini müzakirə edib

Next

İrandakı etirazlarda ölənlərin sayı 2 600-ü keçib, 18 mindən çox nümayişçi saxlanılıb

Copyright 2026— Praqraf.com. All rights reserved