19 Sen 2026, Şb

Sumqayıtda dörd qanunsuz ov tüfəngi aşkar olunub

PAYLAŞIN:

Sumqayıt şəhərində polis əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər zamanı dörd ədəd qanunsuz ov tüfəngi aşkarlanıb.

Paraqraf.com-un məlumatına görə, şəhərin 18-ci məhəlləsində 12 kalibirli “İJ-17” markalı tək lüləli ov tüfəngi, 76-cı məhəllədə “TOZ-8” markalı yivli tüfəng,  “Xəzər bağları” ərazisində iki ədəd 12 kalibirli “İJ-17” markalı tək lüləli ov tüfəngi tapılıb.

Paraqraf.com 

Loading