Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/HADİSƏ/Salyanda iki kəndin məktəbi qəzalı vəziyyətə düşüb, yeni binanın inşasına qərar verilib
HADİSƏ

Salyanda iki kəndin məktəbi qəzalı vəziyyətə düşüb, yeni binanın inşasına qərar verilib

15 Yanvar 2026 2 Min Read
PAYLAŞIN:

Salyan rayonu Aşağı Noxudlu və Yuxarı Noxudlu kəndlərinin qəzalı vəziyyətə düşən məktəblərinin biri üçün yeni binanın inşasına, digərinin isə əsaslı təmir olunmasına dair qərar qəbul edilib.

Paraqraf.com xəbər verir ki, məlumat verən sakinlər bildiriblər ki, qeyd olunan kəndlərdə yerləşən tam orta məktəblərin qəzalı vəziyyətə düşməsi yüzlərlə şagirdin tədris prosesindən kənarda qalması ilə nəticələnib.

Onların sözlərinə görə, Aşağı Noxudlu kənd tam orta məktəbi bir ildən artıqdır ki, qəzalı vəziyyətdə olduğu üçün fəaliyyət göstərmir. Nəticədə məktəbin təqribən 400-ə yaxın şagirdi təhsilini davam etdirmək məqsədilə qonşu Yuxarı Noxudlu kənd tam orta məktəbinə köçürülüb.

Lakin ötən ilin sonlarında Yuxarı Noxudlu məktəbinin də qəzalı vəziyyətə düşməsi problemin miqyasını böyüdüb.

Valideynlər deyiblər ki, hazırda şagirdlər 10–15 kilometr uzaqda yerləşən Aşağı Kürkəndi kənd orta məktəbinə yönləndirilib. Bununla belə, valideynlər bildiriblər ki, son vaxtlar həmin istiqamətdə ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin baş verməsi uşaqların təhlükəsizliyi ilə bağlı narahatlığı daha da artırır.

Kənd sakinləri məktəblər təmir edilənə və ya yeni binalar tikilənədək müvəqqəti həll yolu kimi vaqon tipli sinif otaqlarının quraşdırılmasını təklif ediblər.

Məsələ ilə bağlı Şirvan–Salyan Regional Təhsil İdarəsindən Paraqraf.com-a bildirilib ki, 2024–2025-ci tədris ilində Fövqəladə Hallar Nazirliyi (FHN) Muğan Regional Mərkəzinin rəyinə əsasən, Aşağı Noxudlu kənd tam orta məktəbi qəzalı hesab edilib və tədrisin fasiləsiz təşkili məqsədilə şagirdlər Yuxarı Noxudlu məktəbinə köçürülüb.

Qeyd olunub ki, ötən il dekabrın 26-da Yuxarı Noxudlu kənd tam orta məktəbinin sinif otaqlarından birində suvağın tökülməsi faktı aşkarlanıb. Aparılan baxışdan sonra binada tədrisin davam etdirilməsinin təhlükəli olduğu müəyyən edilib və şagirdlərin müvəqqəti olaraq Aşağı Kürkəndi kənd orta məktəbində təhsil alması qərara alınıb.

Ataxan Sadıqov adına Aşağı Noxudlu kənd orta ümumtəhsil məktəbi üçün yeni tədris binasının 2026-cı ildə tikintisi ilə bağlı qərar qəbul edilib. Eyni zamanda, Yuxarı Noxudlu kənd orta ümumtəhsil məktəbinin binasının əsaslı təmiri də nəzərdə tutulur və bununla bağlı müvafiq qərar verilib.

İdarədən bildirilib ki, sakinlərin təklif etdiyi vaqon tipli sinif otaqlarının quraşdırılması ayrıca layihələndirmə, müvafiq icazələr və əlavə büdcə tələb etdiyindən, bunun üçün də müəyyən zaman tələb olunur.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Ötən gün 3 pulemyot, 2 qumbara, 14 avtomat aşkarlanıb

Next

“Azərşəkər” MMC-nin sabiq rəhbərinin məhkəməsi başlayıb

Copyright 2026— Praqraf.com. All rights reserved