19 Sen 2026, Şb

Rusiya Ukraynaya növbəti dəfə zərbələr endirib

PAYLAŞIN:

Rusiya yanvarın 15-i gecə saatlarında Ukraynanın enerji infrastrukturuna yeni zərbələr endirib, nəticədə Xarkov və Jitomir vilayətlərindəki yaşayış məntəqələri elektriksiz qalıb.

Paraqraf.com xəbər verir ki, bu barədə “RBK-Ukrayna” ölkənin Energetika Nazirliyinə istinadən məlumat yayıb.

“Rusiya növbəti dəfə enerji infrastrukturuna zərbələr endirdi. Nəticədə Jitomir və Xarkov vilayətlərində istehlakçılar elektriksiz qalıb”, – məlumatda bildirilib.

Qurumdan qeyd edilib ki, qəza-bərpa işləri davam etdirilir.

Paraqraf.com 

Loading