Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Qarabağ və Şərqi Zəngəzurdakı 8 məscidə kitablar təqdim edilib
MANŞET

Qarabağ və Şərqi Zəngəzurdakı 8 məscidə kitablar təqdim edilib

15 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

Qarabağ və Şərqi Zəngəzurdakı 8 məscidə kitablar təqdim olunub.

Bu barədə Paraqraf.com-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, nəşrlər arasında yalnız dini mövzulu əsərlər deyil, həm də fəlsəfə, tarix, ədəbiyyat və humanitar sahələrə aid kitablar, eləcə də Azərbaycan və dünya klassiklərinin nümunələri yer alıb.

Kitablar Ağcabədidəki “Cümə”, “Seyid İsmayıl Ağa” (Muğanlı kəndi), “Heydər” (Salmanbəyli kəndi) və Hindarx qəsəbəsi, Tərtərdəki “Cümə” və Əskipara kəndi, Füzulidəki “Əhli-Beyt” və Böyük Bəhmənli kənd, Ağdamdakı Xındırıstan kənd, həmçinin, Cəbrayıldakı Cocuq Mərcanlı kənd məscidlərinə bağışlanıb.

Qeyd edək ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun həyata keçirdiyi “Hər məsciddə kitabxana” layihəsinin məqsədi milli-mənəvi dəyərlərin cəmiyyətə çatdırılması, xüsusilə də gənclər arasında oxu vərdişlərinin artırılması, həmçinin məscidlərin yalnız ibadət məkanı kimi deyil, həm də ictimai-mədəni fəaliyyətlərin həyata keçirildiyi mərkəzlərə çevrilməsinə dəstək verməkdir.

2025-ci ildə ölkənin müxtəlif bölgələrində yerləşən 250 məscid kitabxana ilə təmin edilib.

Layihənin cari ildə də davam etdirilməsi planlaşdırılır.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Pakistanda ilk “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb

Next

Zaqatalada qarın hündürlüyü yarım metrə çatıb – FAKTİKİ HAVA

Copyright 2026— Praqraf.com. All rights reserved