Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Nazir: Türkiyə Zəngəzur dəhlizinin Azərbaycanın istədiyi kimi reallaşacağını görməyi arzulayır
SİYASƏT

Nazir: Türkiyə Zəngəzur dəhlizinin Azərbaycanın istədiyi kimi reallaşacağını görməyi arzulayır

15 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

Türkiyə Zəngəzur dəhlizinin Azərbaycanın da istədiyi kimi reallaşacağını görməyi arzulayır.

Paraqraf.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan mətbuat konfransında deyib.

O qeyd edib ki, bu dəhliz böyük strateji mənzərədə Orta Dəhliz, daha regional aspektdən isə Azərbaycanın digər bölgələrinin Naxçıvanla birləşməsi baxımından vacibdir:

“Türkiyənin artıq Orta Dəhliz üzərindən Türk dünyasına, Mərkəzi Asiyaya açılması faydalıdır. Bunun üzərində işləyirik. Ermənistan XİN başçısı ABŞ-də olanda bir sənəd yayımlandı və onlar bunu TRIPP adlandırırlar, biz isə Zəngəzur dəhlizi deyirik. Həmin sənədi çox analiz etdik. Həmin sənədlə bağlı azərbaycanlı həmkarım Ceyhun Bayramovla iki saata yaxın müzakirə apardıq, Azərbaycanın necə baxdığını öyrəndik. Çünki onların perspektivi önəmlidir. Prezidentimizə də bu barədə məlumat verdik”.

H.Fidan vurğulayıb ki, Rəsmi Ankaranın məqsədi Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinin imza yolu ilə yekunlaşmasını və iki ölkə arasında normallaşmanın həyata keçirilməsidir:

“Nəticədə yolumuza sabitlik və rifahla davam etmək istəyirik. Hazırda Azərbaycan, Ermənistan və Türkiyə siyasi liderliyində bu iradə var. Sadəcə Ermənistanın həyata keçirməli olduğu bir neçə məsələ var. Bu istiqamətdə Ermənistanda seçkilər var. Biz Nikol Paşinyanın seçki məsələsində öndə getdiyini görürük. Seçki önəmli mərhələdir. Paşinyanın oynadığı konstruktiv mövqeyi dəstəkləyirik”.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Ermənistan Azərbaycan və Türkiyə sərhədlərinə dəmir yolunun bərpası ilə bağlı Rusiyanın qərarını gözləyir

Next

Şahbaz Şərif İlham Əliyevə təşəkkür edib

Copyright 2026— Praqraf.com. All rights reserved