Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/TRIPP layihəsi: İrəvan Naxçıvana tranziti sadələşdirməyi öhdəsinə götürüb
SİYASƏT

TRIPP layihəsi: İrəvan Naxçıvana tranziti sadələşdirməyi öhdəsinə götürüb

14 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

Ermənistan TRIPP layihəsi çərçivəsində Azərbaycanın əsas ərazisi ilə onun Naxçıvan Muxtar Respublikası arasında hər iki istiqamətdə insanlar, nəqliyyat vasitələri və yüklər üçün sadələşdirilmiş tranzit rejimini təmin etməyi öhdəsinə götürür.

Paraqraf.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın TRIPP layihəsi üzrə birgə bəyanatında deyilir.

Dövlət Departamentində qeyd ediblər ki, “Tramp marşrutu”nun (TRIPP) əsas təyinatlarından biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında əlaqənin təmin edilməsidir.

Sənəddə vurğulanır ki, TRIPP dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında regional sülhə, sabitliyə və inteqrasiyaya töhfə verərək Ermənistan ərazisində maneəsiz multimodal tranzit əlaqəsini təmin etmək üçün nəzərdə tutulub.

“TRIPP-in Azərbaycan və onun Naxçıvan Muxtar Respublikasını Ermənistan ərazisi vasitəsilə birləşdirməklə və Transxəzər ticarət marşrutunda həyati əhəmiyyətli əlaqələr yaratmaqla həm beynəlxalq, həm də Ermənistan Respublikasının daxili bağlantısı üçün qarşılıqlı faydalar gətirəcəyi gözlənilir”, – bəyanatda deyilir.

Rubio və Mirzoyan arasında əldə edilmiş razılaşmalara əsasən, rəsmi İrəvan TRIPP layihəsi çərçivəsində bir sıra öhdəlikləri yerinə yetirməlidir. Xüsusilə Ermənistan TRIPP Development Company ilə hərtərəfli əməkdaşlığı və dəstəyi təmin etməyi, dövlət qurumları arasında səmərəli koordinasiyanı təşkil etməyi, icazələrin vaxtında alınmasına və tənzimləmə prosedurlarının təşkilinə kömək etməyi, ABŞ-dəki tərəfdaşlarla açıq təmasda olmağı, həmçinin layihənin tam potensialının reallaşdırılması üçün regionda vəziyyətin normallaşdırılması istiqamətində işləməyi öhdəsinə götürür.

Bundan başqa, Ermənistanın milli qanunvericiliyinə və beynəlxalq standartlara uyğun olaraq, insanların, nəqliyyat vasitələrinin və yüklərin, o cümlədən Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan MR arasında hər iki istiqamətdə hərəkəti üçün diferensiallaşdırılmış prosedurlar hazırlamaq öhdəliyi ayrıca vurğulanır.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Bakıda SSRİ bayrağı müzakirələrə səbəb oldu – VİDEO

Next

Paşinyan Azərbaycanla sərhədin demarkasiyası prosesindən məmnundur

Copyright 2026— Praqraf.com. All rights reserved