19 Sen 2026, Şb

Sumqayıtda qanunsuz silah-sursat aşkar edilib

PAYLAŞIN:

Sumqayıtda qanunsuz silah-sursat aşkar edilib.

Paraqraf.com məlumat verir ki, “Sumqayıtçay” yaşayış massivi ərazisində 16 kalibirli “İJ-17” markalı qoşa lüləli ov tüfəngi tapılıb.

Bundan başqa, 18-ci məhəllə ərazisində üzərində nömrəsi silinmiş “İJ-17” markalı tək lüləli ov tüfəngi də aşkarlanıb.

Polis əməkdaşları tərəfindən bu istiqamətdə profilaktik tədbirlər davam etdirilir.

Paraqraf.com 

Loading