19 Sen 2026, Şb

“Qəbələ” yoxlama oyununda “Araz-Naxçıvan”la üz-üzə gələcək

PAYLAŞIN:

Misli Premyer Liqasında çıxış edən “Araz-Naxçıvan”“Qəbələ” komandaları bu gün yoxlama oyununda üz-üzə gələcəklər.

Paraqraf.com-un məlumatına görə, qarşılaşma Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutacaq.

Matç saat 15:00-da start götürəcək.

Qeyd edək ki, “Araz-Naxçıvan” daha əvvəl klubun əvəzedici komandasına yeddi cavabsız qolla qalib gəlib. “Qəbələ” isə “Kəpəz”i 3:1 hesabı ilə üstələyib.

Paraqraf.com 

Loading