Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/İtaliya Azərbaycanla əməkdaşlıq prioritetlərini təsdiqləyib
SİYASƏT

İtaliya Azərbaycanla əməkdaşlıq prioritetlərini təsdiqləyib

14 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

İtaliya 2028-ci ilədək Azərbaycanla əməkdaşlıq prioritetlərini müəyyən edib.

Bu barədə Paraqraf.com İtaliyanın Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.

Nazirlikdə xatırladıblar ki, yanvarın 13-də İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli Bakıda səfərdə olub.

Səfər çərçivəsində Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb. Bundan başqa, Çirielli Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın altıncı iclasında iştirak edib.

İclasın yekunları üzrə komissiyanın həmsədrləri 2026-2027-ci illər üçün Birgə Fəaliyyət Planını (18 istiqamət üzrə 65 tədbiri əhatə edir – red.) təsdiq ediblər. Fəaliyyət Planı bir sıra istiqamətlər üzrə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə yönəlib.

“Komissiyanın işi təkcə energetika kimi prioritet sektorlarda deyil, həm də səhiyyə, infrastruktur, kosmos, aqrar-qida sektoru, gömrük sahəsində qarşılıqlı fəaliyyət və turizm kimi perspektivli sahələrdə, humanitar minatəmizləmə də daxil olmaqla həssas istiqamətlərdə əməkdaşlığın inkişafını nəzərdə tutan fəaliyyət planının hazırlanması ilə başa çatıb”, – nazirliyin məlumatında deyilir.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

ABŞ səfiri: Sülh prosesinin məntiqi nəticəsi üçün Bakı və İrəvanla iş aparırıq

Next

Azərbaycan səfirliyi Türkiyə ilə diplomatik münasibətlərin 34-cü ildönümünə dair paylaşım edib

Copyright 2026— Praqraf.com. All rights reserved