19 Sen 2026, Şb

Fransalı futbolçu “Fənərbağça”ya keçmək üçün maaşının azalmasına razı olub

PAYLAŞIN:

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunda çıxış edən Fransa millisinin futbolçusu Nqolo Kante Türkiyə təmsilçisi “Fənərbağça”ya keçmək üçün maaşının azaldılmasına razılıq verib.

Paraqraf.com insayder Florian Plettenberqə istinadən xəbər verir ki, İstanbul komandasının təklif etdiyi məvacib artıq oyunçunun keçidinə mane deyil.

Kante “Fənərbağça”ya keçməyə razılıq verib. Lakin hazırda iki klub arasında danışıqlar davam edir.

Qeyd edək ki, N.Kante 2023-cü ildən “Əl-İttihad”da çıxış edir.

Paraqraf.com

Loading