19 Sen 2026, Şb

Azərbaycan ötən il 1 milyard kVt/saatdan çox elektrik enerjisi ixrac edib

PAYLAŞIN:

Ötən il Azərbaycanda elektrik enerjisinin ixracı 1 milyard 147,3 milyon kVt/saat təşkil edib.

Bu barədə Paraqraf.com Energetika Nazirliyinin açıqladığı 2025-ci il üzrə elektrik enerjisi göstəricilərinə dair operativ məlumata istinadən xəbər verir.

Bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 250,2 milyon kVt/saat və ya 17,9 % azdır.

Ötən il ölkədə elektrik enerjisinin idxalı 177,2 milyon kVt/saat olub. Bu da 2024-cü ilin göstəricisi ilə müqayisədə 6,7 milyon kVt/saat və ya 3,9 % çoxdur.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda elektrik enerjisinin ixracı 1 milyard 397,5 milyon kVt/saat, idxalı isə 170,5 milyon kVt/saat olub.

Paraqraf.com 

Loading