Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Ağdərə şəhərinin Baş planı hazırdır
MANŞET

Ağdərə şəhərinin Baş planı hazırdır

14 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

İşğaldan azad edilən Ağdərə şəhərinin Baş planı hazırdır.

Paraqraf.com xəbər verir ki, bu barədə Prezidentin izi ilə şəhərə təşkil edilən mediatur çərçivəsində bildirilib.

Qeyd olunub ki, Ağdərə şəhərinin Baş planı artıq təqdim edilib və buna əsasən şəhərdə əhalinin məskunlaşma ərazisi artırılacaq. Belə ki, şəhərin hazırda 444 hektar təşkil edən ərazisi 522 hektara çatdırılacaq. Həmçinin 20 illik perspektiv dövr üçün şəhər əhalisinin sayının 14 min nəfər olması proqnozlaşdırılır.

Baş planın konseptual sxeminə şəhər mərkəzi, fərdi və azsıxlıqlı yaşayış sahələri, çoxfunksiyalı və ictimai-işgüzar zonalar daxildir. Bundan başqa, şəhərdə çayətrafı bulvar, terras parkı, aqroturizm, sənaye və logistika zonalarının yaradılması planlaşdırılır.

Eyni zamanda, Baş planla yanaşı, Ağdərə şəhərinin birinci mərhələdə yenidən qurulacaq ərazisi üzrə müfəssəl həllər də hazırlanıb. Həmçinin Ağdərə şəhərinin mənzil fondunun 420 min kvadratmetr olması nəzərdə tutulub. O cümlədən, şəhərdə 80 çarpayılıq xəstəxana, 2520 şagird yerlik 5 məktəb binası, 840 yerlik 5 uşaq bağçası, peşə məktəbinin inşası planlaşdırılır. Birinci mərhələdə 104 hektar olan şəhər mərkəzinin inkişaf etdirilməsi nəzərdə tutulur.

Ağdərə şəhərində əhalinin məskunlaşdırılmasına gəlincə, 2030-cu ilədək şəhərdə 3 min 590 nəfərin məskunlaşması mümkün olacaq. Burada yol və küçələrin uzunluğu 46,8 kilometr, velosiped zolaqlarının uzunluğu isə 10 kilometr təşkil edəcək. Layihə çərçivəsində ictimai və yaşayış binalarının memarlıq həlləri də işlənilib.

Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 13-də Ağdərə şəhərinin Baş planı ilə tanış olub.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Ağdərənin Çapar kəndində 40 ev istismara hazırdır, bu il daha 23 ev bərpa ediləcək

Next

Maykl Kerrik “Mançester Yunayted”in baş məşqçisi təyin edilib

Copyright 2026— Praqraf.com. All rights reserved