19 Sen 2026, Şb

Qusarda avtomobil məktəbliləri vurub, xəsarət alanlar var

PAYLAŞIN:

Qusar şəhərində məktəblilərin vurulması ilə nəticələnə yol-nəqliyyat hadisəsi baş verib.

Paraqraf.com xəbər verir ki, hadisə 2 nömrəli məktəbin qarşısında baş verib.

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən iki məktəblini vurub.

Hadisə nəticəsində 2009-cu il təvəllüdlü E.Piriyeva və 2010-cu il təvəllüdlü A.Vəlixanova müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Paraqraf.com 

Loading